Əhərdə işsizlərin sayı artıb

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin fərmandarı Əbülfəz Qənizadə bölgədə insanların, özəlliklə gənclərin əsas probleminin işsizlik olduğunu deyib.

Əhərdə mövcud olan 15 mədənin fəaliyyət göstərmədiyini deyən fərmandarın sözlərinə görə, onlar istismara başlasa işsizlik sayı azalacaq.

Şəhər ətrafında 11 gecə qondu məhəlləsinin olduğunu deyən Qənizadə o bölgələrdə iqtisadi və məişət problemlərininin daha çox olduğunu qeyd edib.

Bundan bir neçə ay öncə rəsmi qurumlar Əhər şəhərində 3200 nəfərin işsiz olduğu barədə istatistika açıqlasalar da, Əbülfəz Qənizadə hazırda işsiz sayının 6000 nəfər olduğunu və rəsmi statistikaların həqiqəti əks etdirmədiyini bildirib.(https://www.aznews.tv/%c9%99h%c9%99rd%c9%99-issizl%c9%99rin-sayi-artib/)


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir