Təbrizdə Urmu gölü ilə bağlı afişalar yayılıb

Milli fəallar ekoloji problemlə bağlı minlərlə afişa yayıblar.

Avqustun 2-də Təbrizdə milli və çevrə fəalları Urmu gölündə baş verən ekoloji problemlə bağlı minlərlə afişa yayıb, əhalinin diqqətini cəlb etməyə çalışıblar.

Afişalarda “18 milyard kubmetr suyu bəndlərin arxasında saxlayıb və su yoxdur deyirlər” məzmunlu sözlər yazılıb və Urmu gölünün illik su payının verilməməsinə etiraz edilib.

Bundan öncə oxşar aksiya iyulun 29-da Ərdəbil şəhərində keçirilib və “Oyan Azərbaycan, Urmu gölü susuzdur”, “16 milyon türk köçməyə hazır olsun” və başqa bu kimi xəbərdarlıq yazıları qeyd olunub.

Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.

Bundan bir neçə gün öncə Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan Urmu gölünün bərpasının siyasi oyunların qurbanına çevrildiyini deyib.

O,  bir daha 14 milyon əhalinin həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edib.aznews.tv

Avqustun 2-də Təbrizdə milli və çevrə fəalları Urmu gölündə baş verən ekoloji problemlə bağlı minlərlə afişa yayıb, əhalinin diqqətini cəlb etməyə çalışıblar. - brizd rmu g l il ba l afi alar yay l b 0 1659500212

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir