Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərindən olan milli fəal Şükrüllah Qəhrəmanifərd avqustun 1-i səhər saatlarında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.
Məmurlar onun telefonunu, kompüterini və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.
Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.aznews.tv
Bir yanıt yazın