Rey Selçukluların, İsfahan Kızılbaşların, Meşhed Avşarların, Tehran Kacarların, Marağa Elxanilərin baş şəheri idi. Farslar harda idi Xomeneyi?
Bir dəfə də belə düşünəlim.
Unutmayın.
Qurtuluşumuz Türk mərkəzli baxış acısına söykənməkdir.
Türkün özə dönüş prosesini başlatmaqdır.
Türk stratejisi yaratmaqdır.
Rey şəhəri Səlçukluların, İsfahan Qızılbaşların, Tehran Qacarların baş şəhəri idi. Farslar hardaydı?
Avşarların baş şəhəri Məşhəd, Ağqoyunluların, Qaraqoyunluların şəhəri Təbriz, Elxanlıların baş şəhəri Marağa idi. Sən kimsən, kimi təmsil edirsən Xomneyi?
Güney Azərbaycanlılar fars kimliyinə qarşı türk kimliyini, türk dilini müdafiə edirsə, niyə məhz Bəzz Qalasına yürüş edir, Babəki dirildirlər də, Rey şəhərində uyuyan Səlçuklu Sultan Toğrulun anıt məzarına, türbəsinə yürüş etmirlər bilirsinizmi? Çünki Milli Hərəkatımız Türk Millət mərkəzli siyasi stratejini, ideolojini yox, coğrafiya mərkəzli Azərbaycan stratejisini, ideolojisini mənimsəmişdir ki, bu coğrafiya mərkəzli siyasət anlayışı Qacar imperiyamızın devrilməsi, çöküşü prosesində İngilis və Rus ağlı və teorisyenləri vasitəsilə ortaya atılmışdı. Çar Rusiyası, Sovet Rusiyası bu ideyanı gözəlcə gəliştirdilər, uyğuladılar. Öncə vahid bir türk kimliyi vardı, Əfqanıstan, İran, İraq, Qafqaz min illərdi ki bu türkün əlində idi. Hamsını əlimizdən aldılar. Son yüz ildə, həm də bu gün, çağımızda İrandakı, Qafqazdakı türk Milli Hərəkatımızı yönləndirən gizli bir düşmən ağıl vardır. Biz bu ağıla xidmət etmişik, bu gün də etməkdəyik. Düşdüyümüz duruma baxın. Batı və Rusiya XX əsrin əvvəllərinə qədər kürəsəl güc olan Babur, Qacar, Osmanlı imperatorluqlarımızı çöktürüb üstündə 50-yə yaxın sömürgə dövləti qurdular. İngilis-Rus üst ağlı Bütün İran coğrafiyasına, Xorasandan Qafqaza və İraqa qədərki orta doğu torpaqlarına sahib olan türk gücünü, kültürünü, ağlını bölərək, parçalayaraq dar bölgəsəl çərçivəyə salmaq, türk millət kimliyini coğrafi kimliklə əvəzləyərək-İran və Qafqazın hər tərəfinə yayılmış türkləri-Dərbənddən Həmədana qədərki Azərbaycan coğrafiyasına sıxışdırmaq, türk hinterlandını daraltmaq, kiçiltmək və bizə balaca vətən anlayışı çizmək planını uyğyladılar. Bütün Qafqaz türkünü Quzey Azərbaycana, İran türkünü Güney Azərbaycana sıxışdırdılar, sonra bu Azərbaycanı da param parça etdilər ki, burada Ermınistan, Gürcüstan, İran-Farsistan dövlətləri qurulsun və bizim başımız da bu bölgədə Bütöv Azərbaycan qurmaq kimi bölgəsəl davalara qarışsın. Bu gün də Milli Hərəkatımızın stratejisini gizli düşmən üst ağıllar müəyyənləştirir. Super etnos və kürəsəl güc olan Türklər 20 əsrdə elə bir yenilgiyə və soyqırıma uğradı ki, Moskva-Pekin-Tehran(Fars) üçkənində tarixdən silindi…
Seyks +Pikot+Vilson planı ilə biz türklərin təkcə vətən anlayışını pozmadılar, bölmədilər ki.
Vətən anlayışımız, dövlət anlayışımız, etno-kültürəl alanımız-hinterlandımız kiçildikcə, bölündükcı düşüncəmiz də, ruhumuz da kiçildi.
Məkan kiçildikcə ruh da kiçilir, hədəflər də. İrana, Qafqaza yayılmış türklər 20 yüzillikdə Azərbaycan türkü, Azərbaycanlı qavramları ilə İrandan, Qafqazdan qopduqdan sonra zamanla Türklük mahiyyətini də itirdi. Türksüz Azərbaycanlı anlayışı ilə şüuru həbs olundu. Ruhu kiçildi.
Biz babalarımızdan, Oğuz Xaqandan, Səlçuklulardan, Çingizdən, Teymurdan, Nadir Şahdan qopmuşuq. İmperiya qürurumuz yenilmişdir.
Türk tarix və mədəniyyəti modernizmin ulus dövlət modelləri və nəzəriyyələri ilə izah edilə bilməz, yorumlana bilməz.
Türk imperiyaları çöktürüldüyü zamanlarda, İngilis, Rus imperiyaları yüksəlməyə, yayılmaya başladı. Bu gün də böyledir
Biz Türklər hələ də başımızı Batıdan aldığımız Ulus dövlət nəzəriyyələri ilə qatmaqdayıq.
İran Türkdür. Buraxın Babəki. O sadəcə əski Azərbaycanı simgələr. Rey şəhərinə Sultan Toğrulun türbəsinə gedin. Sultan Toğrul Turanı simgələr…
Milli Hərəkatımızı yönləndirməyə çalışan gizli ağılları- ABD-İngiltərə-Rus …görməyə çalışalım və o ağıllara aldanmayalım. İranda Türklük 1907-də Qacar imperiyası İngilis-Rus nüfuz dairəsinə bölündükdən sonra zəiflədi və 1919 -da Qacar dövləti İngiltərə mandatı altına keçdikdən sonra dövlət türkün əlindən alındı. İngilislər 1925-də Türk kimlikli İranı devirərək, Pers kimlikli İranı inşa etdilər.
İran yenidən Türk ağlı ilə inşa ediləcəkdir. Türkiyə-Azərbaycan-Türküstan birliyi ilə inşa ediləcəkdir. Bunu bilirlər və bildikləri üçün də ölkəmizdə şiə terror örgütlərini gücləndirib, Türk birliyini məzhəb qarşıdurmaları ilə önləməyə çalışırlar. Bu davanın, məzhəb qarşıdurmasının önünü kəsməliyik. Bu davaya sürüklənməməliyik.
Bu gün İran mollalarının- ismaililərin Azərbaycanı terrorla hədələmələrinə çox da önəm verməyin. Türklər orta çağlarda həm Xaçlıları yenərək İslamı qorumuşlar, həm Abbasiləri devirərək Bağdaddakı İran ruhuna yenilmiş Xəlifə sarayından İran-Sasanlı gələnəklərini silmişlər, həm İslam dünyasını terrorla tehdid edən Məcusi-Şüubiyyə- İsmaili -Xaşxaşilərdən təmizləmişlər. İslamın məcusiləşməyən qanadının lideri də Türklərdir. Türklər olmasaydı İslam məcusiləşəcəkdi, yeniləcəkdi. Unutmayın İsmaililəri Hülakü Xan, Kiri də Tomris xatun yendi. Yenə yenəcəyik. Dava həmin davadır. Lakin qarşıdurmaya, savaşa girmədən, yumşaq güclə-dil, kültür, tarix, demoqrafi, iqtisadi güc, bilim və siyasətlə yenəcəyik. Siz Rey şəhərində Sultan Toğrulu, İsfahanda Şah Abbası, Tehranda Qacarı, Muğanda, Qarabağda Nadir Şahı dirildin, dirildin…
İran, Aryan, Pers etnik və coğrafi adı Batıda uydurulmuşdur. Burası Hind-İran dilli qrupların e.ə. 9-7 əsrlərdə bu coğrafiyaya köç etmələrinə qədər, iltisaqi dilli Elamların, Aratta, Manna, Midiyalıların coğrafiyası olub. İran dilli Pers- Fars tayfalarının burada cəmi 3 dövləti olub. Əhəməni -İsgəndər devirdi, Sasanlı-Ərəblər devirdi, Pəhləvi-Mollalar- Türklər dövlətlərini bərpa edəcəklər. Bu coğrafiya İran-Aryanların yaşadığı bölgə- adlandırıla bilməz, adlandırılmamalı. Şübhəsiz ki, Türk dövləti bərpa olunduqdan sonra burası Türküstan-Türkland-Türkeli adlandırılacaqdır. Çünki bu coğrafiyada İran dilli qruplar buraya gəlməmişdən öncə iltisaqi dilli Turani mədəniyyət təmsilçiləri kuti, turukki, kassi, subar, hürrit, elam, part, parfiya, sak xalqları yaşamışlar, Sasanlıların devrilməsindən günümüzə qədərki çağlarda da türklər yaşayıb imperatorluqlar qurmuşlar. Bu plato Türkelidir, Turandır.
Batı tarixçiləri İran platosunun tarixini və mədəniyyətini uydurma Hind-Avropa konsepsiyası ilə yazıb Pers-Fars mərkəzli platforma yaratmışdırsa, Türk tarixçiləri bu platonun tarixini Turan konsepsiyası ilə yazaraq, Turan platformasını qurmalıdırlar. Yetər artıq. Biz türklər tariximizi Batılılardan öyrənməyək. Batı, Türkləri Turandan, ilk qaynaqdan öyrənsin.
İranı Amerika-İzrail-İngiltərə-Çin-Rusiya dəyişməyəcək (asla buna izn vermərik)-biz dəyişəcəyik. Türklər dəyişəcəkdir. İranın qurucu ünsürü Türkdür. İran tarixi və mədəniyyəti ilə Türk hinterlandıdır.
Türk özə dönüş prosesini tamamladığı zaman, İran Türkə dönəcəkdir!
P.S. Farslar və ermənilər nədən bu qədər güc göstərib Türkə meydan oxuya bilirlər?
-Türklər parçalanmışdır. Birlik qurmamışlar.
-Türklər Tarix hafizəsini kayb etmişdir.
Zaman, bir az zaman…
Heyyy! Bir zamanlar Türklər o qədər böyük idi ki, Yer üzünə sığmırdılar.
Yasemen Qaraqoyunlu-BAKİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER