Site icon Turkish Forum

İnformasiya cəbhəsindəki Qələbəmiz döyüş meydanındakı Zəfərimiz kimi möhtəşəm oldu

İnformasiya cəbhəsindəki Qələbəmiz döyüş meydanındakı Zəfərimiz kimi möhtəşəm oldu - susa senazadsan

İnformasiya cəbhəsindəki Qələbəmiz döyüş meydanındakı Zəfərimiz kimi möhtəşəm oldu

Azərbaycanjurnalistləribundansonradacəmiyyətimizintərəqqisinaminə varqüvvələriilə çalışmalıdırlar

Az öncə Şuşaya getmək bir xəyal idi. Babalarımızın qılınclarının ucu ilə yol saldıqları o dağlara, o ellərə həsrət qalmışdıq. Şuşa qara niyyətli ermənilərin qaranlıq fikirlərinin, qara əməllərinin meydanına çevrilmişdi. Təkcə ürəyimiz deyil, qələmlərimiz də qan ağlayırdı.

Nəhayət, müzəffər Azərbaycan Ordusu sıldırım qayalardan keçib Şuşaya yol açdı. İllər öncə yalnız arzularımızın, xəyallarımızın “uçub getdiyi” Şuşaya indi uçaraq gedirik. Şuşanın yaxınlığında beynəlxalq aeroport tikilib fəaliyyət göstərir.

Şuşa bu gün beynəlxalq tədbirlərin, musiqi festivallarının, elmi konfransların əsl ünvanına çevrilib. Bu günlər Azərbaycanın mədəniyyət paytaxtı Şuşa daha bir beynəlxalq tədbirə – Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumuna evsahibliyi edib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətini oxuyub.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, bu gün 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Tarixinin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Tədbirdə qeyd edildi ki, Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır.

Media məkanında sürətli qloballaşma getdiyi bir vaxtda dövlətin informasiya təhlükəsizliyinin qorunması özlüyündə mühüm əhəmiyyətli məsələlərdən ən vacibidir. Bu bir reallıqdır ki, həyatımıza daxil olmuş “informasiya müharibəsi” anlayışı çox ciddi əhəmiyyət kəsb edir. “Müasir müharibələrin qalibləri informasiya müharibəsinin qalibləridir” ifadəsi real həyatda öz yerini möhkəmləndirməkdə davam edir. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun döyüş meydanında göstərdiyi sücaəti informasiya müharibəsində təkbaşına döyüşərək davam etdirdi. Dünyanın 30-dan çox tanınmış, nüfuzlu, bəzən də qərəzli informasiya agentliklərinə müsahibə verən, Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda mənfür ermənilərin törətdikləri bütün vəhşilikləri konkret və tutarlı faktlarla dünyaya təqdim etdi. Bu gün tam əminliklə deyə bilərik ki, informasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı Zəfərimiz qədər möhtəşəm oldu. Milli mətbuatımız Azərbaycanın haqq işini bütün gerçəklikləri ilə dünyaya təqdim edə bildi. Təbii ki, ölkəmizin artan siyasi nüfuzunu, iqtisadi gücünü, hərbi qüdrətini gözügötürməyən qüvvələr də az deyildir. Onlar bu gün də sakit durmur, qarayaxma kampaniyalarını davam etdirir, beynəlxalq nüfuzumuza xələl gətirməyə çalışırlar. Dövlət başçısı iyulun 22-də mətbuat nümayəndələrini təbrikində bu məsələyə də toxunaraq jurnalistlərin qarşısında duran vəzifələri də müəyyənləşdirdi: “Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.

Şuşa növbəti dəfə vətəni, dövlətimizi, onun ləyaqətli oğullarını tərənnüm edən qələm sahiblərinə, media mənsublarına qucaq açdı. Bundan sonra da ölkəmizin daha da qüdrətlənməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün qələm işləməlidir. Hər bir yazar, media mənsubu həm də müsəlləh bir əsgər olmalıdır.

Elşən QƏNİYEV, – “Azərbaycan” /TURKISHFORUM -ABDULLAH TÜRER YENER

Exit mobile version