Qurtuluşumuz Türk mərkəzli baxış acısına söykənməkdir, Türkün özə dönüş prosesini başlatmaqdır, Türk stratejisi yaratmaqdır.
Rey şəhəri Səlçukluların, İsfahan Qızılbaşların, Tehran Qacarların baş şəhəri idi. Farslar hardaydı?
Güney Azərbaycanlılar fars kimliyinə qarşı türk kimliyini, türk dilini müdafiə edirsə, niyə məhz Bəzz Qalasına yürüş edir, Babəki dirildirlər də, Rey şəhərində uyuyan Səlçuklu Sultan Toğrulun anıt məzarına, türbəsinə yürüş etmirlər bilirsinizmi? Çünki İrandakı, Qafqazdakı türk Milli Hərəkatımızı yönləndirən gizli bir düşmən ağıl var. Bütün İran coğrafiyasına, Xorasandan Qafqaza və İraqa qədərki orta doğu torpaqlarına sahib olan türk gücünü, kültürünü, ağlını bölərək, parçalayaraq dar bölgəsəl çərçivəyə salmaq, türk millət kimliyini coğrafi kimliklə əvəzləyərək-İran və Qafqazın hər tərəfinə yayılmış türkləri-Dərbənddən Həmədana qədərki Azərbaycan coğrafiyasına sıxışdırmaq, türk hinterlandını daraltmaq, kiçiltmək və bizə balaca vətən anlayışı çizmək planı var. Seyks +Pikot+Vilson planı ilə biz türklərin təkcə vətən anlayışını pozmadılar, bölmədilər ki.
Vətən anlayışımız, dövlət anlayışımız, etno-kültürəl alanımız-hinterlandımız kiçildikcə, bölündükcı düşüncəmiz də, ruhumuz da kiçildi.
Məkan kiçildikcə ruh da kiçilir, hədəflər də.
Biz babalarımızdan, Oğuz Xaqandan, Səlçuklulardan, Çingizdən, Teymurdan, Nadir Şahdan qopmuşuq. İmperiya qürurumuz yenilmişdir.
Türk tarix və mədəniyyətini modernizmin ulus dövlət modelləri və nəzəriyyələri ilə izah edilə bilməz, yorumlana bilməz.
Türk imperiyaları çöktürüldüyü zamanlarda, İngilis, Rus imperiyaları yüksəlməyə, yayılmaya başladı. Bu gün də böyledir
Biz Türklər hələ də başımızı Batıdan aldığımız Ulus dövlət nəzəriyyələri ilə qatmaqdayıq.
İran Türkdür. Buraxın Babəki. O sadəcə əski Azərbaycanı simgələr. Rey şəhərinə Sultan Toğrulun türbəsinə gedin. Sultan Toğrul Turanı simgələr…
Milli Hərəkatımızı yönləndirməyə çalışan gizli ağılları- ABD-İngiltərə-Rus …görməyə çalışalım və o ağıllara aldanmayalım. İranda Türklük 1907-də Qacar imperiyası İngilis-Rus nüfuz dairəsinə bölündükdən sonra zəiflədi və 1919 -da Qacar dövləti İngiltərə mandatı altına keçdikdən sonra dövlət türkün əlindən alındı. İngilislər 1925-də Türk kimlikli İranı devirərək, Pers kimlikli İranı inşa etdilər.
İran yenidən Türk ağlı ilə inşa ediləcəkdir. Türkiyə-Azərbaycan-Türküstan birliyi ilə inşa ediləcəkdir. Bunu bilirlər və bildikləri üçün də ölkəmizdə şiə terror örgütlərini gücləndirib, Türk birliyini məzhəb qarşıdurmaları ilə önləməyə çalışırlar. Bu davanın, məzhəb qarşıdurmasının önünü kəsməliyik. Bu davaya sürüklənməməliyik.
Bu gün İran mollalarının- ismaililərin Azərbaycanı terrorla hədələmələrinə çox da önəm verməyin. Unutmayın İsmaililəri Hülakü Xan, Kiri də Tomris xatun yendi. Yenə yenəcəyik. Dava həmin davadır. Lakin qarşıdurmaya, savaşa girmədən, yumşaq güclə-dil, kültür, tarix, demoqrafi, iqtisadi güc, bilim və siyasətlə yenəcəyik. Siz Rey şəhərində Sultan Toğrulu, İsfahanda Şah Abbası, Tehranda Qacarı, Muğanda, Qarabağda Nadir Şahı dirildin, dirildin…
İran, Aryan, Pers etnik və coğrafi adı Batıda uydurulmuşdur. Burası Hind-İran dilli qrupların e.ə. 9-7 əsrlərdə bu coğrafiyaya köç etmələrinə qədər, iltisaqi dilli Elamların, Aratta, Manna, Midiyalıların coğrafiyası olub. İran dilli Pers- Fars tayfalarının burada cəmi 3 dövləti olub. Əhəməni -İsgəndər devirdi, Sasanlı-Ərəblər devirdi, Pəhləvi-Mollalar- Türklər dövlətlərini bərpa edəcəklər. Bu coğrafiya İran-Aryanların yaşadığı bölgə- adlandırıla bilməz, adlandırılmamalı. Şübhəsiz ki, Türk dövləti bərpa olunduqdan sonra burası Türküstan-Türkland-Türkeli adlandırılacaqdır. Çünki bu coğrafiyada İran dilli qruplar buraya gəlməmişdən öncə iltisaqi dilli Turani mədəniyyət təmsilçiləri kuti, turukki, kassi, subar, hürrit, elam, part, parfiya, sak xalqları yaşamışlar, Sasanlıların devrilməsindən günümüzə qədərki çağlarda da türklər yaşayıb imperatorluqlar qurmuşlar. Bu plato Türkelidir, Turandır.
Batı tarixçiləri İran platosunun tarixini və mədəniyyətini uydurma Hind-Avropa konsepsiyası ilə yazıb Pers-Fars mərkəzli platforma yaratmışdırsa, Türk tarixçiləri bu platonun tarixini Turan konsepsiyası ilə yazaraq, Turan platformasını qurmalıdırlar. Yetər artıq. Biz türklər tariximizi Batılılardan öyrənməyək. Batı, Türkləri Turandan, ilk qaynaqdan öyrənsin.
İranı Amerika-İzrail-İngiltərə-Çin-Rusiya dəyişməyəcək (asla buna izn vermərik)-biz dəyişəcəyik. Türklər dəyişəcəkdir. İranın qurucu ünsürü Türkdür. İran tarixi və mədəniyyəti ilə Türk hinterlandıdır.
Türk özə dönüş prosesini tamamladığı zaman, İran Türkə dönəcəkdir!
Yasemen Qaraqoyunlu-baki / TURKISHFORUM – ABDULLAH TÜRER YENER