İyulun 24-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan və Təbriz zindanında saxlanılan milli-mədəni fəal Əkbər Əbülzadə aclıq aksiyasını dayandırıb. Bu barədə fəalın yaxınları məlumat verib.
Məlumata görə, məzuniyyətə göndəriləcəyi ilə bağlı zindan məsullarının verdiyi vəddən sonra fəal iyulun 17-dən başladığı aksiyaya son verib.
Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.
Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi