Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Mərkəzi 16 iyul etirazları ilə bağlı bəyanat yaydı

Güney Azərbaycanın 8 təşkilatı Urmu gölü aksiyalarının nəticələri ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bildiyiniz kimi, Urmu gölünün vəziyyətinin ağırlaşması və Güney Azərbaycan türk millətinin həssaslığı ilə əlaqədar Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi İranın ayrı-seçkilik siyasətinə və Urmu gölünün qurumasına qarşı Güney Azərbaycan şəhərlərində etiraz aksiyası keçirməyə çağırış edib.

İyulun 16-da Azərbaycanın qeyrətli qadınları və kişiləri şəhərlərin  hərbiləşdirilməsi, təhdidlər, həbslər, dağıdıcı fəaliyyətlər və mənfi media təbliğatına baxmayaraq, xüsusilə Urmu şəhərində təhlükəsizlik sədlərini qırıb, aksiya keçirib və müxtəlif şüarlar səsləndirdilər.

İran-fars rejimi, özünü üzdənoraq İran opozisiyonu adlandıran faşisti cərəyan, Azərbaycanın qərbindəki terrorist kürd qrupları və onların tərəfdarlarının bir həftə boyu əks təbliğatlarına baxmayaraq, Azərbaycan türk milləti özünün məzlumluğu və Urmu gölünün qurudulması ilə bağlı haqq səsini dünya ictimaiyyətinə çatdıra bildi”-deyə, bəyanatda bildirilir.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi bəyan edib ki, xalqın iradəsini heç kim buxova sala bilməz:

“1. Heç bir güc və repressiya maşını bir xalqın iradəsinə müqavimət göstərə bilməz. Azərbaycan türk milləti bir daha sübut etdi ki, kimliyini, varlığını, milli mənafeyini müdafiə etmək üçün nə vaxt lazımdırsa, küçələrə çıxa bilər.

2. Azərbaycan türk milləti və Azərbaycan təşkilatları bir daha sübut etdi ki, türk millətinin mübarizə və müqavimət xətti irançılığa və fars irqçiliyinə xidmət edən bütün devrimçi cərəyanlar adlanan xəttdən ayrıdır və onun mübarizəsinin mahiyyəti Güney Azərbaycan türk millətinin milli maraqlarına söykənir.

3. Bir daha sübut olundu ki, birlik, yaxınlaşma və kollektiv düşüncəyə tabe olmaq Azərbaycan milli hərəkatında təşkilati mübarizənin qələbəsinin yeganə sirridir.

4. Urmu gölünün xilası kampaniyası və iyulun 16-da keçirilən aksiyalar media işinin, informasiyanın və milli kampaniyalarda virtual məkandan istifadənin zəruriliyini bir daha göstərdi.
Təbii ki, Güney Azərbaycan təşkilatlarının əməkdaşlıq mərkəzi olaraq bu məsələdə hələ çox çatışmazlıqlarımız var.

Ancaq yorulmaz əməkləri ilə rejimi qorxuda bilən bütün kiber məkan fəallarına minnətdarlığımızı bildirməyi zəruri hesab edirik və ümid edirik ki, Azərbaycan türklərinin milli suverenliyi və azadlığı əldə olunana qədər iş və fəaliyyətlərini davam etdirəcəklər.

5. Yayımlanan videolarda gördüyümüz kimi, qadın hərəkatının fəalları Urmiyə gölünün xilası və ayrı-seçkiliyə etiraz kampaniyasında öncül. Güney Azərbaycan təşkilatlarının əməkdaşlıq mərkəzi olaraq Azərbaycanın bütün azadlıq sevən qadınlarını qiymətləndirir və onlara təşəkkür edirik.

6. İran İslam Respublikasının repressiv rejimi bilməlidir ki, təhlükəsizlik qüvvələrinin müxtəlif şəhərlərdə azərbaycanlı mədəni fəallara qarşı zorakı davranışı Azərbaycan türk xalqının öz hüquqlarını tələb etməsinə mane ola bilməz”.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq mərkəzi bütün məhkəmə və təhlükəsizlik orqanlarına xəbərdarlıq edib:

“Həbs edilmiş milli fəalların taleyi bütün Azərbaycan xalqı üçün həyati əhəmiyyət kəsb edir və məhbuslara qarşı hər hansı zorakı davranışın İran İslam Respublikasının işğalçı hökuməti üçün çox ağır nəticələri olacaq.

Sonda bir daha bütün qeyrətli Azərbaycan fəallarına, qadınlarına və gənclərinə minnətdarlığımızı bildirir və xatırladırıq ki, 16 iyul toplantısı Urmiya gölünün xilası və Azərbaycan türk xalqına qarşı işğalçı, irqçi və müstəmləkəçilik siyasətinə etiraz kampaniyasının yalnız bir hissəsidir.

Şübhəsiz ki, bu kampaniya məqsədlərinə çatana qədər daxildə və xaricdə, kiberməkanda müxtəlif üsullarla davam etdiriləcək və Azərbaycanın şəhərlərində daha çox çağırışların, aksiyaların şahidi olacağıq.

Güney Azərbaycanın sərvətlərinin totalitar İran-fars işğalçıları tərəfindən talanması bitməyənə qədər, Güney Azərbaycanın azad və demokratik sabahı təsəvvür edilə bilməz”.

Bəyanatı Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzinə daxil olan qurumlar imzalayıb:

1. Azadlıq Cəbhəsi – GAMAC
2.  Azərbaycan Mərkəz Partiyası-AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı- Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı-AZOH
5.  Güney Azərbaycan Demokrat Partiyası-GADP
6.Güney Azərbaycan İstiqlal Partiyası-GAİP
7.  Güney Azərbaycan Liberal Demokrat Partiyası-GALDP
8. Güney Azərbaycan Türk Demokratik Birliyi-GATDB


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir