Təbriz və Urmiyə şəhərlərində Urmiyə gölünün qurumasına etiraz olaraq keçirilən mitinqdən sonra 2022-ci il iyulun 16-da təhlükəsizlik qüvvələri bu iki şəhərdə çox sayda vətəndaşı həbs etdilər.
iyulun 16-sı şənbə günü axşam Təbrizdə etiraz aksiyası başlayanla eyni vaxtda təhlükəsizlik qüvvələri bu şəhərdə “Həmid Purvəli”, “Yunes Mahmudi”, “Cəlal Dehqani” və “İbrahim Azəroğlu”nu həbs edib. İranwire mənbələri Təbrizin “Rasta Bazarı”nda həbs olunanların sayının 10 nəfərdən çox olduğunu bildirir. Urmiyəda yaşayan mədəni fəallar “Huşəng Nəqizadə”, “Mikayıl Qulupur”, “Həmidriza Əkbərzadə” və “Riza Etibari” və Sulduzlu mədəni fəal “Məsud Abbaszadə” etiraz aksiyalarının başlamasına bir saat qalmış həbs edilib. Urmiyə şəhərində etiraz aksiyalarının keçirildiyi bir vaxtda bəzi məlumatlarda daha bir neçə etirazçının həbs edildiyi bildirilir.
Bu səhər Urmiyə Kəşfiyyat və Təhlükəsizlik Polisi bu şəhərdə yaşayan onlarla mədəni fəalı, o cümlədən Ata Kərimi, Əli Əzizi, Əmir İbrahimlu, Behzad Paşazadə, Milad Muxtari və s. çağırıb. Məmurlar bu mədəni fəallar ilə əlaqə saxlayaraq, onları etiraz aksiyalarında iştirak etsələr, həbs olunacaqları ilə hədələyiblər.
Qoşaçayda da Cəlal Kodrilu, Mustafa Dolətxah, Nadir Əmani, Vəli Zəhrabi ve Nasir Hişməti adlı mədəni fəaalraın həbs edildiyi bildirilir. Ayrıca Ərdəbildə də təhlükəsizlik durumunun hakim olduğu bildirilir.
Ayrıca sosial şəbəkələrdə Urmiyə gölünün qurumasına etiraz olaraq mitinq keçirmək çağırışları dərc edildikdən sonra 13 iyul 2022-ci il çərşənbə günü Təbriz Şəhər Kəşfiyyat İdarəsinin əməkdaşları Şahin Bərzgəri həbs etmək məqsədi ilə bu mədəni fəalın ata evinə basqın etdilər. Şahin Bərzəgər evdə olmadığı üçün məmurlar onu həbs edə bilməyiblər. Lakin kəşfiyyat idarəsinin əməkdaşları məhkəmə qərarı olmadan və qapını sındırmaqla cənab Bərzgərin evinə daxil olub və evdə axtarış apararkən bu mədəni fəalın qardaş və bacısına hücum ediblər. Bu hadisədə Şadi Bərzgərin əli ağır yaralanıb, Şahab Bərzgər də yaralanıb.
www.aznews.tv
Yazıları posta kutunda oku