Güney Azərbaycanın sərvətlərini talayan İran rejimi Vərziğan bölgəsində kəndlilərin evini dağıdaraq mədənlərə birləşdirir.
Belə ki, iyulun 5-də Vərziğan bölgəsinin Kikavar kəndində Süngün mis mədənini genişləndirmək üçün kənd əhalisinin məcburi köçürülməsinə cəhd edilib.
Əhali şirkət rəhbərliyinin kənd evlərini dağıtmaq üçün cəlb etdiyi texnikanın kəndə girişinə mane olmağa çalışıb. Bu zaman əhali ilə polislər arasında qarşıdurma baş verib. Kənddə bir neçə ev uçurulub. Evi dağıdılan bir qadın infarkt keçirərək ölüb. Yalnız bundan sonra söküntü işləri dayandırılıb.
Bir yanıt yazın