Site icon Turkish Forum

Təşkilatlanmış Farslar, Ermənilər, Təşkilatlanmamış Türklər

Farslar-öz ideologiyası, yolu, fəlsəfəsi (tarix, din, dil, ədəbiyyat, kosmoqoniya, dövlət anlayışı) olan təşkilatlanmış millət. Bu təşkilatlanmadan doğan ruh və güc ilə qalib millətləri incə -incə əridən, öz milli mənfəətlərinə çalıştıran millət. Nə türklər, nə ərəblər, nə yunanlar onları yenə bilmədi. Türklər, ərəblər, yunanlar fars Dövlətini çöktürdülər, lakin milləti yenə bilmədilər. Millət o qədər güclü idi ki, türkü, ərəbi qalib olduğu halda fars ruhu ilə etkisiz hala gətirib, fars mədəniyyətinə və tarixinə aşiq olan kütləyə çevirdiıər. Dövləti türkün, islamı ərəbin əlindən aldılar. Zərdüşt Yunan Fəlsəfəsini və Səmavi dinlərin strukturunu İran -Hind dini təsəvvürləri ilə bəzədi, nə səmavi dinlər, nə yunan fəlsəfəsi, nə bu günkü Avropa hegemonyası və imperializm farsın qarşısında meydan oxuya bilmədi. Əksinə Avropa imperializmi Farsı diriltdi, ona dövlət qurdu. Hətta Fars ideologiyası imperializmin ideoloji əsası oldu. Bir avuc təşkilatlanmış fars İran platosunda dövlət və mədəniyyət quran türk millətini farslaştırdı( oxu: mı), iranlılaştırdı, əritdi, güc kimi etkisiz kütlə yığınına çevirdi(mi). Rəsulzadənin, Əhməd Ağaoğlunun əsərlərində Fars millətinin xarakteri və tarixdə oynadığı rol haqqında dəyərli fikirlər var. Tarixçi Nasir Purpirar və sosioloq Əli Şəriəti isə Farsların başqa mədəniyyətləri necə öldürdüklərini, tarixdən sildiklərini gözlər önünə sərmişlər. Ermənilər öz ideologiyası, fəlsəfəsi siyasi-dini yapısı, yolu olan təşkilatlanmış millət. Munlərlə illər Dövləti olmasa belə Türklər arasında ərimədi, itmədi, Osmanlənın, Azərbaycan Xalq Cümhiriyyətinin çöküşündə ciddi rol oynadıNə Farsların, nə ermənilərin min illərlə dövlərləri olmamışdır. Lakin təşkilatlanmış millət olduqları üçün ayaqda qalmışlar, hətta yabançı hakim dövlətlərə meydan oxumuşlar. Dövlətin mahiyyətini dəyişmişlər. Farslar bütün yabançı dövlətlərin və kültürlərin içinə sızaraq o dövlətləri, kültürləri Farslaştırmışlar. Öylə ki, Fars ədəbiyyatının və dilinin yaradıcıları keçmişdə də, günümüzdə də türklər olmuşlar. Türk dövlətlərinin baş vəzirləri və katibləri fars olduğu üçün Türk dövlətinin dili, yazı dili, ədəbiyyatı, ruhu farsca olmuşdur. Türklər- Fəlsəfəsi, ideologiyası, yolu olmayan, təşkilatlanmamış millət. Türklərin hər zaman dövlətləri oldu. Lakin dövlət olsa belə, milləti təşkilatlanmamış millətdir. Türklər hər zaman dövlət qurdular, lakin bu dövlətlər Türk Millətinə yox, yabançılara çaləşdı, Türk Millətini gücləndirmək, şahlandırmaq, diri tutmaq əvəzinə, ərəbə, farsa çalışdı. Hər zaman dövlətlə millət arasında bir qopuqluq, bir məsafə açıldı. Türklər Çini, Hindistanı, Romanı, İranı yendilər, buralarda böyük imperatorluqlar qurdular, lakin ideoloji və fəlsəfi baxımdan təşkilatlanmamış millət olduqları üçün, qalib olduqları halda, dövlət əllərində olduğu halda, zamanla məğlub etdikləri xalqlara və mədəniyyətlərə yenildilər, çinliləştilər, farsıaştılar, ərəbləştilər, ruslaştılar...Bu gün İranda Türk o qədər zəifdir ki, dövlət uğrunda yox, dil uğrunda, ölməmək uğrunda mübarizə aparır.Bu gün Türk Millətinin tarix hafizəsi o qədər dağılmış, yıpranmışdır ki, Rusiya, Ukrayna torpaqları mənim torpağımdır deyə bilmir. Rusiya federasiyasının 21 türk, yalnız 1 Rus federasiyası olduğu halda, nədən bu dövlət Rus dövləti, Rusiya adlanır da, Türkiyə, Türk, Türküstan, Qızıl Orda adlanmır. Türk-Xəzər torpaqlarında Ukrayna dövləti kimi saxta bir dövlət necə meydana çıxdı? Buradakı türklük Rus millətinə niyə yenildi, niyə yox oldu? Çünki ruslar təşkilatlanmış millətdir, türklər təşkilatlanmış millət deyildir. Əgər Rusiya federasiyasındakı 21 türk respublikası rus dilində danışırsa, türklər yenik düşmüşdür deməkdir. Diqqət edin. Ruslar azınlıq, türklər çoğunluq olduğu halda, Türklər əsla Rusları assimilyasiya edə bilmədilər, Ruslar Türkləri assimilyasiya etdilər, yox etdilər. Edirlər. Türklər nə qalib olduqlarında, nə yenik düşdüklərində əsla başqa mədəniyyətləri və dilləri, millətləri assimilyasiya etməmişlər, yox etməmişlər, bu türk millətinin doğasında yoxdur, əksinə qalib də olduqlarında, yenik də düşdüklərində hər zaman özləri millət kimi başqa mədəniyyətlərə və xalqlara yenilmişlər. Fərqli dinlərin içində əriyib getmişlər. Çünki ideolojiləri və fəlsəfələri yoxdur. Çünki təşkilatlanmış millət deyillər. Çin hansı cürətlə Doğu Türküstanı işğal etmişdir? Türk milləti təşkilatlanmış millət olsaydı Çin, Rus, Fars, Erməni dövlətləri var ola bilirdimi? Soyqırım yapa bilirdimi? Əgər Çindən Adriatikə qədərki 10 milyon.kv.km alanda yaşayan 350 milyon türk ortaq ideoligiya, dil, mınəviyyat, strategiya və fəlsəfə ətrafında birləşmiş təşkilatlanmış millət olsaydı, Çin, Rusiya, İran, İraq, Suriya, Misir, Əfqanıstan, Pakistan , Macarıstan, Finlandiya-bütün Avrasiya dəyişəcəkdi. Bu geniş türk hinterlandında tarix hafizəsini, milli gücünü və mənəviyyatını itirmiş dağınıq, təşkilatlanmamış Türk milləti tarixi zaman içində can verməkdədir. Əriməkdə, yox olmaqdadırlar. Çünki türk aydınının ruhu Çin, Fars, Rus, Avropa, Ərəb mədəniyyətləri qarşısında ruhən, mənən yenik düşmüşdür. Türklər imperatorluqlar quran millətdir. Lakin öz imperatorluğunda belə türk milləti hər zaman başqa kültürlərə yenilmiş, ərimiş, getmişdir. İmperiya quran millətdir, Lakin ortaq ideologiya, fəlsəfə ətrafında təşkilatlanmadığı üçün hər zaman yeniləcəkdir.(Allah qorusun. Bu fikirləri üzüntü ilə yazıram)Tarix göstərir ki, dövlət deyil, millət əsasdır. Bir millət təşkilatlanmış güclü millət olarsa on dəfələrlə dövlətləri qurar da, yıxar da. İdeologiyası və fəlsəfəsi olan millətlər daha güclüdür. Çünki bütün fərdləri ortaq hədəfə çalışır, milli enerji milli strategiyaya xidmət edir. Məhz buna görə də Təşkilatlanmış millətlər dövlətləri olmadığı halda belə ayaqda durmağı bacarmışlar. Farslar, yəhudilər, ermənilər buna misaldır.Dövləti qurub da, özünə çalıştıra bilməyən millət təşkilatlanmamış millətdir. Bu gün nə Azərbaycanda, nə Türkiyədə dövlət Türk millətinə çalışmır. Azərbaycanda da, Türkiyədə də Dövlətlə Türk Milləti arasında böyük məsafələr vardır.Üzülərək yazıram. Türk Milləti təşkilatlanmamış Millətdir.Tanrım, Sənə şükürlər olsun ki, Təşkilatlanmamış millətimi fəlsəfəsi olan millətlər və mədəniyyətlər qarşısında hələ də diri tutursan. O mənim millətimdir, əzizimdir Tanrı, millətimi qoru! - yasemen qaraqoyunlu

Farslar-öz ideologiyası, yolu, fəlsəfəsi (tarix, din, dil, ədəbiyyat, kosmoqoniya, dövlət anlayışı) olan təşkilatlanmış millət. Bu təşkilatlanmadan doğan ruh və güc ilə qalib millətləri incə -incə əridən, öz milli mənfəətlərinə çalıştıran millət. Nə türklər, nə ərəblər, nə yunanlar onları yenə bilmədi. Türklər, ərəblər, yunanlar fars Dövlətini çöktürdülər, lakin milləti yenə bilmədilər. Millət o qədər güclü idi ki, türkü, ərəbi qalib olduğu halda fars ruhu ilə etkisiz hala gətirib, fars mədəniyyətinə və tarixinə aşiq olan kütləyə çevirdiıər. Dövləti türkün, islamı ərəbin əlindən aldılar. Zərdüşt Yunan Fəlsəfəsini və Səmavi dinlərin strukturunu İran -Hind dini təsəvvürləri ilə bəzədi, nə səmavi dinlər, nə yunan fəlsəfəsi, nə bu günkü Avropa hegemonyası və imperializm farsın qarşısında meydan oxuya bilmədi. Əksinə Avropa imperializmi Farsı diriltdi, ona dövlət qurdu. Hətta Fars ideologiyası imperializmin ideoloji əsası oldu. Bir avuc təşkilatlanmış fars İran platosunda dövlət və mədəniyyət quran türk millətini farslaştırdı( oxu: mı), iranlılaştırdı, əritdi, güc kimi etkisiz kütlə yığınına çevirdi(mi). Rəsulzadənin, Əhməd Ağaoğlunun əsərlərində Fars millətinin xarakteri və tarixdə oynadığı rol haqqında dəyərli fikirlər var. Tarixçi Nasir Purpirar və sosioloq Əli Şəriəti isə Farsların başqa mədəniyyətləri necə öldürdüklərini, tarixdən sildiklərini gözlər önünə sərmişlər.
Ermənilər öz ideologiyası, fəlsəfəsi siyasi-dini yapısı, yolu olan təşkilatlanmış millət. Munlərlə illər Dövləti olmasa belə Türklər arasında ərimədi, itmədi, Osmanlənın, Azərbaycan Xalq Cümhiriyyətinin çöküşündə ciddi rol oynadı
Nə Farsların, nə ermənilərin min illərlə dövlərləri olmamışdır. Lakin təşkilatlanmış millət olduqları üçün ayaqda qalmışlar, hətta yabançı hakim dövlətlərə meydan oxumuşlar. Dövlətin mahiyyətini dəyişmişlər. Farslar bütün yabançı dövlətlərin və kültürlərin içinə sızaraq o dövlətləri, kültürləri Farslaştırmışlar. Öylə ki, Fars ədəbiyyatının və dilinin yaradıcıları keçmişdə də, günümüzdə də türklər olmuşlar. Türk dövlətlərinin baş vəzirləri və katibləri fars olduğu üçün Türk dövlətinin dili, yazı dili, ədəbiyyatı, ruhu farsca olmuşdur.
Türklər- Fəlsəfəsi, ideologiyası, yolu olmayan, təşkilatlanmamış millət. Türklərin hər zaman dövlətləri oldu. Lakin dövlət olsa belə, milləti təşkilatlanmamış millətdir. Türklər hər zaman dövlət qurdular, lakin bu dövlətlər Türk Millətinə yox, yabançılara çaləşdı, Türk Millətini gücləndirmək, şahlandırmaq, diri tutmaq əvəzinə, ərəbə, farsa çalışdı. Hər zaman dövlətlə millət arasında bir qopuqluq, bir məsafə açıldı. Türklər Çini, Hindistanı, Romanı, İranı yendilər, buralarda böyük imperatorluqlar qurdular, lakin ideoloji və fəlsəfi baxımdan təşkilatlanmamış millət olduqları üçün, qalib olduqları halda, dövlət əllərində olduğu halda, zamanla məğlub etdikləri xalqlara və mədəniyyətlərə yenildilər, çinliləştilər, farsıaştılar, ərəbləştilər, ruslaştılar…
Bu gün İranda Türk o qədər zəifdir ki, dövlət uğrunda yox, dil uğrunda, ölməmək uğrunda mübarizə aparır.
Bu gün Türk Millətinin tarix hafizəsi o qədər dağılmış, yıpranmışdır ki, Rusiya, Ukrayna torpaqları mənim torpağımdır deyə bilmir. Rusiya federasiyasının 21 türk, yalnız 1 Rus federasiyası olduğu halda, nədən bu dövlət Rus dövləti, Rusiya adlanır da, Türkiyə, Türk, Türküstan, Qızıl Orda adlanmır. Türk-Xəzər torpaqlarında Ukrayna dövləti kimi saxta bir dövlət necə meydana çıxdı? Buradakı türklük Rus millətinə niyə yenildi, niyə yox oldu?
Çünki ruslar təşkilatlanmış millətdir, türklər təşkilatlanmış millət deyildir. Əgər Rusiya federasiyasındakı 21 türk respublikası rus dilində danışırsa, türklər yenik düşmüşdür deməkdir. Diqqət edin. Ruslar azınlıq, türklər çoğunluq olduğu halda, Türklər əsla Rusları assimilyasiya edə bilmədilər, Ruslar Türkləri assimilyasiya etdilər, yox etdilər. Edirlər. Türklər nə qalib olduqlarında, nə yenik düşdüklərində əsla başqa mədəniyyətləri və dilləri, millətləri assimilyasiya etməmişlər, yox etməmişlər, bu türk millətinin doğasında yoxdur, əksinə qalib də olduqlarında, yenik də düşdüklərində hər zaman özləri millət kimi başqa mədəniyyətlərə və xalqlara yenilmişlər. Fərqli dinlərin içində əriyib getmişlər. Çünki ideolojiləri və fəlsəfələri yoxdur. Çünki təşkilatlanmış millət deyillər.
Çin hansı cürətlə Doğu Türküstanı işğal etmişdir? Türk milləti təşkilatlanmış millət olsaydı Çin, Rus, Fars, Erməni dövlətləri var ola bilirdimi? Soyqırım yapa bilirdimi?
Əgər Çindən Adriatikə qədərki 10 milyon.kv.km alanda yaşayan 350 milyon türk ortaq ideoligiya, dil, mınəviyyat, strategiya və fəlsəfə ətrafında birləşmiş təşkilatlanmış millət olsaydı, Çin, Rusiya, İran, İraq, Suriya, Misir, Əfqanıstan, Pakistan , Macarıstan, Finlandiya-bütün Avrasiya dəyişəcəkdi. Bu geniş türk hinterlandında tarix hafizəsini, milli gücünü və mənəviyyatını itirmiş dağınıq, təşkilatlanmamış Türk milləti tarixi zaman içində can verməkdədir. Əriməkdə, yox olmaqdadırlar. Çünki türk aydınının ruhu Çin, Fars, Rus, Avropa, Ərəb mədəniyyətləri qarşısında ruhən, mənən yenik düşmüşdür.
Türklər imperatorluqlar quran millətdir. Lakin öz imperatorluğunda belə türk milləti hər zaman başqa kültürlərə yenilmiş, ərimiş, getmişdir. İmperiya quran millətdir, Lakin ortaq ideologiya, fəlsəfə ətrafında təşkilatlanmadığı üçün hər zaman yeniləcəkdir.(Allah qorusun. Bu fikirləri üzüntü ilə yazıram)
Tarix göstərir ki, dövlət deyil, millət əsasdır. Bir millət təşkilatlanmış güclü millət olarsa on dəfələrlə dövlətləri qurar da, yıxar da. İdeologiyası və fəlsəfəsi olan millətlər daha güclüdür. Çünki bütün fərdləri ortaq hədəfə çalışır, milli enerji milli strategiyaya xidmət edir. Məhz buna görə də Təşkilatlanmış millətlər dövlətləri olmadığı halda belə ayaqda durmağı bacarmışlar. Farslar, yəhudilər, ermənilər buna misaldır.
Dövləti qurub da, özünə çalıştıra bilməyən millət təşkilatlanmamış millətdir. Bu gün nə Azərbaycanda, nə Türkiyədə dövlət Türk millətinə çalışmır. Azərbaycanda da, Türkiyədə də Dövlətlə Türk Milləti arasında böyük məsafələr vardır.
Üzülərək yazıram. Türk Milləti təşkilatlanmamış Millətdir.
Tanrım, Sənə şükürlər olsun ki, Təşkilatlanmamış millətimi fəlsəfəsi olan millətlər və mədəniyyətlər qarşısında hələ də diri tutursan. O mənim millətimdir, əzizimdir Tanrı, millətimi qoru!


Yasemen Qaraqoyunlu -Azerbaycan / TURKISHFORUM- ABDULLAH TÜRER YENER

Exit mobile version