Zənganda tibb bacıları etiraz aksiyası keçirib

Onlar iş maqavilələrindəki ədalətsizliyə etiraz ediblər.

İyulun 3-də Zənganda tibb bacıları iş müqavilələrindəki ədalətsizliyə və iş təhlükəsizliklərinin olmamasına etiraz olaraq aksiya keçiriblər.

Zəngan əyalətinin valilik və Tibb Elmləri Universitetinin qarşısına toplaşan tibb bacıları pandemiya dövrü onlarla müvəqqəti müqavilələr bağlandığını, artıq işləmələrinə baxmayaraq nəzərdə tutulan hüquqlarının təmin olunmadığını və davamlı işləmələrinə təminat verilmədiyini bildiriblər.

“Pandemiya dövrü biz sizlərin sağlamlığınızın müdafiəçisi kimi çıxış etmişik, indi sizlər bizim hüquqlarımızın müdafiəçisi olun”-deyə, zənganlı tibb bacıları xalqa müraciətlərində bildiriblər.

Bununla yanaşı onlar hakimiyyət və məmuelara yaxın şəxslərin heç bir sınaq və qanuni prosedurlar keçmədən işə götürülmələrini ayrı-seçkilik kimi dəyərləndiriblər.

Qeyd edək ki. bir müddət bundan öncə İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Mirzabeygi mediaya verdiyi açıqlamada koronavirus pandemiyasının səngiməsindən keçən qısa müddət ərzində ölkədə 5 min tibb bacısı idən çıxarıldığını bildirib.

O, bunu pandemiya dönəmində tibb bacılarının müvəqqəti müqavilələrlə işə götürülməsi, indi onlara ehtiyacın olmamaması ilə əlaqələndirib.

Mirzabeygi bununla yanaşı hal-hazırda ölkə xəstəxanalarında 100 min tibb bacısına ehtiyac olduğunu qeyd edib.

Bundan qısa müddət öncə Məhəmməd Mirzabeygi ölkədə tibb bacısı çatışmazlığı olduğunu bildirib.

Qeyd edib ki, əmək təhlükəsizliyi ilə bağlı təminatın olmaması və əmək haqlarının azlığı  üzündən hər ay ortalama 150-200 tibb bacısı ölkəni tərk edir.

İyulun 3-də Zənganda tibb bacıları iş müqavilələrindəki ədalətsizliyə və iş təhlükəsizliklərinin olmamasına etiraz olaraq aksiya keçiriblər. - nganda tibb bac lar etiraz aksiyas ke irib 0 1656905483

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir