İyulun 1-i günorta saatlarından başlayaraq Bəzz qalası ətrafında milli mərasimlər keçirilir.
Qeyd edək ki, bir neçə gündür Kəleybər bölgəsində xüsusi rejim qaydaları tətbiq edilib. Bəzz qalasında illik Babək qurultayına gedənlərin qarşısı alınır.
Xüsusi təyinatlı və təhlükəsizlik qüvvələrinin insanların bir yerə toplaşmasına imkan vermir.
Qalaya gedən yollar və Kəleybər şəhərinin giriş-çıxışında postların qurulması, insabların uzun-uzadı yoxlanılaraq yubadılması mərasimlərin istənilən səviyyədə keçirilməsinə mane olsa da, minlərlə insan qala ətrafı meşələrdə mədəni tədbirlər keçirir və birlikdə Azərbaycan milli mahnılarını ifa edirlər.
Milli-mədəni fəalların verdiyi məlumata görə, çox sayda insan zorla geri qaytarılıb, mərasimdə iştirak etməkdə israr edən onlarla insan həbs edilib.
Fəallar saxlanılanların hamısının kimliyinin dəqiqləşdirilməsinin hələlik çətin olduğunu və onların kimliyini müəyyənləşdirəndən sonra ümumi məlumat yayacaqlarını bildirirlər.
Onlar bununla yanaşı məlumat, foto və videoların yayılmaması üçün bölgədə internet xidmətinin kəsildiyini, yüzlərlə insanın telefon, fotoaparat və kamerasının hökumət məmurları tərəfindən müsadirə edildiyini deyirlər.
Mərasimdən yayılan məhdud sayda görüntülərin qaladan uzaqlaşan fəalların vasitəsilə başqa bölgələrdən ötürüldüyü qeyd olunur.
Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.
Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır.
Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.
Yazıları posta kutunda oku