Tehran vilayətinin universitetlərində onlarla öyrəncinin qidadan zəhərlənməsindən bir neçə həftə sonra Zənganda daha 50 öyrənci qida məhsullarından zəhərlənib.
Zəngan Təməl Elmlər Universitetinin rektoru Babək Kərimi İRNA-ya açıqlamasında deyib: “Həmin öyrəncilərdən iyunun 16-da mədə-bağırsaq zəhərlənməsi əlamətləri ilə xəstəxanaya aparılıb və onlardan biri xəstəxanaya yerləşdirilib”.
Kəriminin sözlərinə görə, öyrəncilərin universitet yeməklərindən zəhərlənməsini qəti şəkildə təsdiqləmək üçün araşdırmalara başlanılıb və təsdiq olunarsa, podratçı ciddi şəkildə cəzalandırılacaq.
Xatırladaq ki, iyunun 23-də “Fərhəngiyan” Universitetinin 55 öyrəncisi, bir gün sonra isə Tehranın “İmam Sadiq” Universitetinin 39 öyrəncisi zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdi.
Bir yanıt yazın