Tanınmış milli fəal və idman ustası Cəfər İsmayılzadə Təbriz zindanına köçürülüb.
Bu barədə Cəfər İsmayılzadənin yaxınları məlumat verib.
O, iyunun 16-da 250 milyon tümən girov qoyduqdan sonra Təbriz zindanının karantin bəndinə, daha sonra isə zindanın 3-cü bölməsinə köçürülüb.
Qeyd edək ki, Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunub.
Bundan öncə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar.
2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.
Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı beynəlxalq yarışlarda medallar qazanıb.