Güneyli fəal aclıq aksiyası keçirir

O, 35 gündür qeyri-müəyyən vəziyyətdə Evin zindanında saxlanmasına etiraz edir.

Güney azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi 35 gündür Tehranın Evin zindanında qyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir.

Bundan öncə ailəsi ilə telefon danışığı zamanı qanunsuz həbs edildiyini bildirən fəal, “həbsxanaya şaquli vəziyyətdə gətirilmişəm, buradan isə qəbristanlığa üfüqi vəziyyətdə gedəcəyəm” deyən Şəhabi, iyunun 13-dən aclıq aksiyasına əl atıb.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb.

Güney azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi 35 gündür Tehranın Evin zindanında qyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir. - neyli f al acl q aksiyas ke irir 0 1655353488

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir