Ərdəbilin ən böyük iqtisadi müəssisələrindən biri olan “Səbəlan Parça” fabrikinin 400 işçisi fabrik rəhbərliyinin göstərişi ilə iş yerinə buraxımayıb.
Uzun müddətdir əmək haqlarının verilməməsinə etiraz edən işçilər əmək haqları ödənilmədən işdən qovulduqlarını deyiblər.
Əmək haqlarının gecikdirilməsinə və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz edən işçilər bir neçə dəfə fabrikin qarşısında etiraz aksiyası keçiriblər.
Lakin onlara heç bir cavab verilməyib.
1200 işçisi olan və geyim malları istehsal edən fabrik işçilərinin bu günə qədər hüquqlarının pozulması, məsələnin mediada geniş yayılmasına baxmayaraq problemin həlli üçün əlaqədar qurumların müdaxilə etməməsi narazılıqların dahada artmasına səbəb olub.
Etirazçı işçilərdən birinin dediyinə görə, müdiriyyət onların onsuz da az olan əmək haqlarından sığorta pulu tutub. Lakin bu vəsait sığorta şirkətlərinə ödənilmədiyi üçün işçilər bu xidmətdən də istifadə edə bilmirlər.
“Səbəlan Parça” fabrikinin müdiri məsələnin mediada işıqlandırılmasından sonra problemi etiraf edib və bunun müvəqqəti olduğunu deyib.
Qeyd edək ki, bundan öncə son bir ildə fabrik işçilərinin əmək haqlarının ödənilməməsi müəssisənin maliyyə durumunun yaxşı olmaması ilə əlaqələndirilirdi.
Son aylar müəssisənin fəaliyyətinin yaxşılaşdırılması üçün müxtəlif ödənişlərin edilməsinə və kreditlərin, sərmayələrin cəlb olunmasına baxmayaraq işçilərin əmək haqları ödənilmir.
Yazıları posta kutunda oku