Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunub.
SEPAH əməkdaşları onu naməlum istiqamətə aparıblar.
Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunaraq naməlum yerə aparılıb.
Fəalın yaxınlarının verdiyi məlumata görə, məmurlar milli fəalın evində axtarış aparıb.
Ona məxsus yaddaş kartlarını və oğlu Miladın (Atilla) mobil telefonunu özləri ilə aparıblar.
Bundan öncə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar.
2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.
Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı beynəlxalq yarışlarda medallar qazanıb.
Yazıları posta kutunda oku