Abbas Lisani barədə 8 il azadlıqdan məhrum etmə və 2 il sürgün cəzası qüvvədə saxlanıldı

Bu barədə Ali Məhkəmənin birinci bölməsi qərar verib.

Ali Məhkəmənin Birinci Şöbəsi Ərdəbil Apellyasiya Məhkəməsinin birinci şöbəsində Abbas Lisani barədə çıxardığı hökmü ləğv etsə də, birinci instansiya məhkəməsi tanınmış fəalın 8 il həbs və Yəzd şəhərində 2 il məcburi yaşamaq hökmünü qüvvədə saxlayıb.

Lisaniyə məhkəmənin elektron sistemi vasitəsilə göndərilən məlumatda bildirilib ki, Ali Məhkəmənin Birinci Şöbəsi Seyid Məhəmmədrza Fəqihinin (vəkilinin) tələbi ilə işə yenidən baxıb və birinci instansiya məhkəməsi tərəfindən 8 il həbs və 2 il Yəzddə sürgün cəzasını qüvvədə saxlayıb.

Seyid Əhməd Mürtəzəvi Müqəddəmin və onun müavini Seyid Əbülhsən haşimi İmamzadənin rəhbərlik etdikləri İranın Ali Məhkəməsinin birinci şöbəsisnin Ərdəbil İnqilab Məhkəməsinin Birinci Şöbəsində olduğu kimi Abbas Lisaninin yaratdığı iddia edilən naməlum təşkilatın adını çəkməkdən yayınıb və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup və cəmiyyət yaratmaq və idarə etmək” ittihamı ilə kifayətlənib.


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir