İyunun 7-i yerli vaxtla səhər saat 10:30 radələrində Əhər şəhərində yaşayan milli-mədəni fəal Əkbər Əbülzadə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün instaqram sosial media hesabında həbslə bağlı paylaşım edib.
“Həbsin səbəbləri barədə məlumat verilməsədə, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu ehtimal edilir”-deyə, Sara Xudakərəmi yazıb.
Əkbər Abülzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib.
Tehranda yaşayan inşaat mühəndisi milli fəal Əkbər Əbullzadə 2015-ci il noyabrın 9-da Azərbaycan şəhərlərində İran İslam Respublikasının Radio və Televiziyasında Türklərə qarşı təhqiramiz proqram (fitilə) ilə bağlı keçirilən etiraz aksiyaları ilə eyni vaxtda Əhərdə həbs edilib. İsrafil Fətullahzadə, İbrahim Nuri, Saleh Molla Əbbasi, Murtaza Şükri, Hamid Allah Verdipur və Süleyman Kaziminin adlarına onların hökmləri 2016-cı ilin sentyabrında təsdiqlənib
Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Bir yanıt yazın