Mayın 28-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərində yaşayan milli-mədəni fəal Behzad Paşazadə İran Təhlükəsizlik Nazirliyinin yerli İdarəsində bir neçə saat dindirilib.
Onun Təhlükəsizlik Nazirliyinin informasiya bölməsində dindirildikdən sonra sərbəst buraxıldığı bildirilir.
Qeyd edək ki, Behzad Paşazadə bundan öncədə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.
O, 2011-ci ildə Urmu gölünün quruması, 2015-ci ildə isə İran televizyasının “Titilə” proqramında azərbaycanlıların aşağılanmasına etiraz aksiyalarına qatıldığı üçün həbs edilib.
Bir yanıt yazın