Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində Abbas Lisaniyə yenidən tibbi ekspertizaya getməli olduğu bildirilib.

Mayın 23-də məhkəmənin elektron sistemi vasitəsilə tibbi məzuniyyətdə olan Abbas Lisaniyə çağırış göndərildiyi üçün o mayın 28-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.

O, tibbi məzuniyyətdə olduğu və müalicə aldığı barədə arayış və sənədləri təqdim etdikdən sonra ona yenidən tibbi ekspertizaya müraciət etməli olduğu bildirilib.

Həkimlər bundan Abbas Lisaninin fəqərə sütununda ciddi problemlərin olduğu və onun uzun müddətli müalicəsinin zəruriliyi barədə rəy veriblər.

Abbas Lisani 15 illik məhkumluq dövrünün 3 ilini Ərdəbil zindanında keçirdikdən sonra fevralın 13-də üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra əməliyyat və müalicə olunmaq üçün 6 aylıq tibbi məzuniyyətə göndərilib.

Mayın 23-də məhkəmənin elektron sistemi vasitəsilə tibbi məzuniyyətdə olan Abbas Lisaniyə çağırış göndərildiyi üçün o mayın 28-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub. - hk m bbas isaninin yenid n tibbi ekspertizaya getm sini ist yib 0 1653763227

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir