Güneyli fəal Rza Behruziyə həbs cəzası verilib

Qəzvin şəhəri İnqilab Məhkəməsi ictimai fəal Rza Behruzi barədə qərar çıxarıb.

Qəzvin şəhərindən olan ictimai fəal ali rəhbər Əli Xameneyini tənqid etdiyi üçün 1 il həbs, “ictimai fikri təhrik etmək üçün yalan yaymaq” ittihamına görə isə 10 milyon tümən cərimə cəzasına məhkum edilib.

Bununla yanaşı Dövlət və İnqilab Prokurorluğu Rza Behruzinin xanımı Suri Babayi Çəginiyə çağırış göndərərək onun “hökumətə qarşı təbliğat”da ittiham olunduğunu bildirib və prokurorluğa müraciə etməsini istəyib.

Qeyd edək ki, 22 avqust 2021-ci ildə sosial mediada Rza Behruzinin mülki geyimli təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparıldığını əks etdirən video yayıldı.

Sonradan ictimai fəalın Əli Xameneyinin xaricdən koronovirusa qarşı peyvəndin alınmasını qadağan etdiyinə görə tənqidi videolar paylaşdığı üçün saxlanıldığı məlum oldu.

Behruzi paylaşdığı videolarda bilgisi olmadığı halda pandemiyanı əhəmiyyətsiz adlandırdığı və vaxtında ölkəyə peyvəndin gətirilməsinə icazə vermədiyinə görə Əli Xameneyini tənqid edir.

Yazıları posta kutunda oku

Qəzvin şəhərindən olan ictimai fəal ali rəhbər Əli Xameneyini tənqid etdiyi üçün 1 il həbs, “ictimai fikri təhrik etmək üçün yalan yaymaq” ittihamına görə isə 10 milyon tümən cərimə cəzasına məhkum edilib. - neyli f al za ehruziy h bs c zas verilib 0 1653804050

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir