Site icon Turkish Forum

Müstəqillik günündə birgə Azərbaycan-Türkiyə addımlarının unikal mesajları..

Müstəqillik günündə birgə Azərbaycan-Türkiyə addımlarının unikal mesajları.. - tuerkiye azerbaycan bayragi

Müstəqillik günündə birgə Azərbaycan-Türkiyə addımlarının unikal mesajları..

Faiq Ələkbərli: “Bu mühüm tarixi gündə birliyimizin bir daha nümayiş olunmasından dost da, düşmən də öz payını götürür”
img
Bir əsr bundan əvvəl olduğu kimi, bu gün də Azərbaycan və Türkiyə birlikdədir, iki ölkənin qardaşlığı bütün dünyaya nümunədir. Məlum olduğu kimi, bu il Azərbaycan öz müstəqillik gününü qardaş Türkiyə ilə birlikdə qeyd edir.

Onu da bildirək ki, 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlər də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakının Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyinin təcəssümüdür. Azərbaycan və Türkiyə bir-birinə o qədər bağlıdır ki, bu bağlılıq dostu sevindirir, düşmənə göz dağı verir. Müstıqillik günümüzün Türkiyə ilə birlikdə qeyd edilməsinin beynəlxalq və daxili əhəmiyyəti nədir?

AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da irəliyə getməsi və inkişaf etməsi, hətta müttəfiqlik səviyyəsinə qalxması bir faktdır. “Ona görə də, artıq bayramlarımızı da birgə, ortaq şəkildə qeyd etməyimiz çox mühüm hadisədir. İstər Azərbaycanın müstəqillik gününü, istər Türkiyə Cumhuriyyətinin yarandığı günü birgə keçirməyimiz artıq bir zərurətə çevrilib. Müstəqillik günümüzü qardaş Türkiyə ilə birgə qeyd etməyimiz bizim birliyimizin, qardaşlığımızın, müttəfiqliyimizin bir simvoludur. Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Xalq Cumhuriyyətinin 104-cü ili münasibətilə Azərbaycana gəlməsi və müstəqillik günümüzü onun iştirakı ilə keçirməyimiz olduqca önəmlidir. Son illər ən mühüm günlərimizdə, zəfər paradımızda qardaş Türkiyənin Prezidenti Azərbaycan Prezidenti ilə birgə iştirak edir. Bu birgəlik qarşılıqlıdır. Bilirik ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyədə keçirlən bir sıra mühüm tədbirlərdə iştirak edib. İki qardaş, müttəfiq ölkənin bütün mühüm tədbirlərində Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti qoşa iştirak edir, birgə çıxışlar edib bəyanatlar verirlər. 28 may Müstəqillik Günündə Türkiyə Prezidentinin Azərbaycan Prezidenti ilə birgə iştirak etməsi çox mühüm hadisədir. Bu, eyni zamanda, iki qardaş ölkənin müttəfiqliyinin ən yüksək səviyyədə olmasının bariz nümunəsidir. Biz bunu həm siyasi, həm iqtisadi, həm mədəni, həm də hərbi anlamda görürük. Hər iki dövlətin bir-birinin təhlükəsizliyi haqqında müqavilələr var. Şuşa bəyannaməsi imzalanıb. Şuşa bəyannaməsindən irəli gələrək bu addımlar daha yüksək səviyyədə atılır”. F.Ələkbərlinin sözlərinə görə, qarşılıqlı olaraq İlham Əliyevin Türkiyədə, Rəcəb Tayyib Ərdoğanın isə Azərbaycanda keçirilən bayramlarda və digər önəmli tədbirlərdə də iştirak edib həm Türkiyə, həm də Azərbaycan xalqına mesajlar verməsi bizim birliyimizi daha da gücləndirir. “Bu da iki dövlətin bütün sahələrdə təhlükəsizliyini gücləndirmək və birgə addımlar atmaq baxımından olduqca önəmlidir. Şübhəsiz ki, 2023-cü ildə Türkiyə Cumhuriyyətinin qurulmasının 100 illiyi olacaq. Həmin il Azərbaycan Cumhuriyyətinin qurulmasının 105-ci illiyidir. Azərbaycan-Türkiyə müttəfiqliyi yalnız iki dövlətin deyil, bütövlükdə bölgənin təhlükəsizliyində mühüm rol oynayacaq. Ümid edirik ki, Azərbaycan və Türkiyənin ən yüksək səviyyədə birliyini nümayiş etdirməsi Türk Dövlətləri Təşkilatlarına da öz ciddi təsirini göstərəcək. Bu təşkilatda da Azərbaycanın və Türkiyənin öndərliyi bəllidir. Doğrudur, Qazaxıstanın da burada xeyli dərəcədə payı var” – deyə bildirən F.Ələkbərli qeyd etdi ki, türk dövlətlərinin nəinki öz coğrafiyalarında, hətta dünyada gücə çevrilməsi məsələsi Türkiyə və Azərbaycandan çox asılıdır. “Hesab edirəm ki, Türkiyə və Azərbaycanın müttəfiqliyinin güclənməsi Türk Dünyası Təşkilatını da dünyada yeni bir güc mərkəzinə çevirəcək. Həm bölgədə, həm də dünyada hər iki dövlətin atdığı addımlar öz təsiri göstərəcək.

Azərbaycan və Türkiyə vətəndaşları arasındakı bu yaxınlaşma əvvəlki dövrlərə nisbətən daha güclü hal alır, biz xalqların bunu daha dərindən mənimsədiyini görürük. Günü-gündən birliyimiz və diriliyimiz güclənir. İstər-istəməz, həm bizə dost, həm də düşmən ölkələr bundan nəticə çıxarırlar. Bu mühüm tarixi gündə birliyimizin bir daha nümayiş olunmasından dost da, düşmən də öz payını götürür”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Exit mobile version