Bir dönəmin tarix yozumu – Ə.Elçibəy və H.Əliyev
Elçibəy çizdiyi Bütöv Azərbaycan xəritəsi ilə Rusiya və İngiltərənin birlikdə çizdiyi Orta Doğu (Oxu: İran və Qafqaz) siyasi xəritəsini dəyişmək istəyirdi. Dəyişmək əzmində idi. Bu bütün Orta Doğunun, Fars İranının, Rusiyanın, Ermənistanın, Türkmənistanın, İraqın, Suriyanın, Pakistanın, Əfqanıstanın xəritəsini, qədərini dəyişdirə biləcək bir xətt idi. Avrasiyada siyasi dəngələri dəyişdirəcək bir xətt idi. Moskva-Pekin-Tehran üçgənində əsir tutulmuş Türkün qədərini dəyişdirəcək bir xətt idi. Türkün qurtuluş xətti idi. Elçibəy böyük güclərin müəyyənləştirdiyi dünya düzəninə -Türkü tarixdən çıxaran (Anqlo-Saks, Avro-Atlantik, Panslavyanist Rusların qurduğu sistem) düzənə – meydan oxuyan bir ideoloji sahibiydi.
H.Əliyev- Moskva-Pekin-Tehran üçgəninin müəyyənləşdirdiyi siyasi düzən içində, Rusiya və İngiltərənin birlikdə çizdiyi siyasi xəritə və siyasi iradə içərisində fəaliyyət göstərən, boyun əyən bir şəxsdir. H.Əliyev böyük güclərin yaratdığı siyasi-tarixi düzəni və çizdikləri xəritələri dəyişdirmək ideolojisinə sahib deyildi. Onun Türk milləti idealı yox idi. Yalnız mənffəət və iqtidar çıxarları inancı vardı. Bu çıxarları Rus və İngiltərə maraqları və düzəni ilə zəkicə uzlaştırmaq bacarığı vardı. Praqmatik idi. Çevik idi.
Elçibəy əsla şəxsi çıxar adamı deyildi. İdealındakı Türk Millətinin çıxarları Tehran-Moskva-Pekin-London-Vaşinqton çıxarları ilə uyğun deyildi. Elçibəy ideyası, Hərəkatı Oğuzun şərq qolunun- Qafqaz, İran, İraq türklüyünün dirçəliş hərəkatı idi, əhəmiyyətinə görə Nadir Şah Avşar hərəkatı idi, böyük Azərbaycan hərəkatı idi. Elçibəyin zamanındakı Türkiyənin Atlantizmə boyun əyən siyasi elitası bu böyük Türk hərəkatının əhəmiyyətini, orta doğunu dəyişdirəcək gücünü dərk etmədi, etsəydi də bunu üstlənəcək gücü vardımı? Bu başqa sualdır. Elçibəy tənha idi. Türkiyə dünya konfiqurasiyasını dəyişdirə biləcək bu böyük Türk hərəkatını dəstəkləsə idi, Elçibəy düşməyəcəkdi. Elçibəy siyasətdə yalnız idi. Çevrəsi KKB kadroları və zehniyyəti ilə çevrələnmiş yalnız lider. Qarşısında 80 min Moskvaya bağlı KKB ajanı və müstəmləkə xalqı. Müstəmləkə xalqı ilə böyük yollara çıxılarmı heç…
Təsəvvür edin. Hz. İsanı çarmıxa çəkmək üçün Romaya təslim edən yəhudi hahamlarını. Hz. Hüseyni dəstəkləməkdən imtina edən Kufə şəhərinin əhalisi. Və Hz. İsanın çarmıxa çəkilməsi, Hz. Hüseynin şəhid edilməsi, Elçibəyin müstəmləkə xalqı tərəfindən bacarıqsız, xain elan edilməsi və H.Əliyevə pərəstiş edilməsi. Proses eyni prosesdir.
Müstəmləkə xalqının zəkası böyük olmağa can atmır…
Elçibəy hərəkatı -Milli Hərəkat Qacar Türk dövlətinin çöküşündən sonra doğulmuş ən böyük Türk hərəkatı idi və H.Əliyev bu hərəkatı yendi, darmadağın etdi. Çünki bu hərəkat türkdən başqa heç kimə lazım deyildi. Dünyaya, Avropaya neft lazım idi onu da aldı…
Elçibəy müstəmləkə toplumunu -azad millətə çevirdi.
H. Əliyev azad milləti H.Əliyev xalqına çevirdi.
Elçibəy kütlədən millət yaratdı.
H.Əliyev milləti kütləyə çevirdi.
Elçibəy topluma böyük ideallar, strateji arzular, mənəviyyat aşıladı. Milli şəxsiyyətlər yaratdı.
H.Əliyev özü haqqında saxta üstün insan, fövqəl insan kultu yaratdıraraq bütə, heykələ tapınan xüsusi bir H.Əliyev xalq tipi yaratdı. Şəxsiyyətləri əzdi. Əliyev sistemində şəxsiyyət yoxdur. Azad iradə yoxdur. Azadlıq yoxdur. Sürü psixalogiyası vardır.
H.Əliyevin ideologiyası:
1. Fövqəl insan konsepsiyası. Üstün insan kultu. Şəxsiyyətə pərəstiş. Qızılbaşlıqla-Əliyevin şəcərə bağları uyduruldu. Atatürk-H.Əliyev şəxsiyyəti eyniləşdirildi. Türkiyə-Azərbaycan ilişkiləri bu konsepsiya üzərindən quruldu, iki türk millətinin birliyi üzərindən deyil, şəxslər üzərindən quruldu.
2. Sakral Ailə kultu. Dövlət protokolu dəyiştirildi. Ölkəyə gələn bütün xarici rəsmi qonaqlar ölkənin, millətin dəyəri olan şəhidləri və ya şəxsləri deyil, ailənin heykəllərini, əzizlərinin məzarlarını ziyarət etməyə məcbur biraxıldı.
3. Qurtuluş ideyası. Qurtuluşçu Mehdi obrazının Əliyev şəxsiyyətinə proyeksiya edilməsi.
4. Çox millətli Azərbaycan. Türksüz Azərbaycan. Multikulturalizm.
5. SSRİ dövrünün ideallaşrırılması.
6. Keçmiş partnomenkıatura hakimiyyətinin bərpası. Rusofil siyasətin izlənməsi. Müstəqil Azərbaycanda hakimiyyəti ələ alıb Azərbaycan Xalqına divan tutan Partnomenklaturanın inancı nə idi? – Marksizm, Darvinizm, Ateizm, internasionalizm, Homosovetikus, Partiyalılıq, partiya diktatorluğu. Bu ideyalar Azərbaycandakı məmur oliqarxların şəxsiyyətində bir qədər modifikasiya olunaraq, Dinə qayıdış və Azərbaycançılıqla əvəz olundu.
7. İngiltərənin və Rusiyanın birlikdə formalaştırdığı, İran- Farsistanın, Ermənistanın varlığına siyasi-tarixi-konseptual əsas yaradan ideologiya. Azərbaycançılıq-Azərbaycan dili, Azərbaycanlı Milləti.
8. Türk Millətinin Dövləti- Ailə dövləti oldu. Bütöv Azərbaycan qurulacaqdı- lakin Azərbaycanın kiçik bir hissəsində Ailə dövləti quruldu. Elçibəyin yaratdığı millət öldü. Vaşinqton-London-Paris-Tehran-Moskva-Pekin bucaqlarında Ailə dövləti. Neftdən gələn gəlirlərlə milyonlara sahib olub millətimizi xalqımızı ac saxlayan, möhtac saxlayan Ailə dövləti. Oliqarxik klan höküməti. Və bunlara susan Türk dövlətləri, aydınları…
Türk Milləti hardadır?
Oyan, oyan Türk Milləti. Quzey-Güney Azərbaycan.
Yasemen QARAQOYUNLU -Bakü / TURKISHFORUM – ABDULLAH TÜRER YENER