Sulduzda “May qiyamı” qurbanlarının xatirəsi anılıb

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin milli-mədəni fəalları və bir qrup sulduzlu 25 may 2006-cı ildə dinc aksiya keçirdikləri üçün İran məmurları tərəfindən öldürülən şəxslərin məzarlarını ziyarət edib, onların xatirəsini anıblar.

Milli fəallar hər il may ayının 25-də Qərbi Azərbaycan vilayəti Sulduz şəhərinin məzarlığında “Sulduz Şəhidlərinin anım törəni” keçirirlər.

2006-cı ilin may ayında İran Azərbaycanının şəhərləri və qəsəbələrində baş qaldıran kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd vətəndaş, o cümlədən 16 yaşlı Hüseyn Fəthipur, 26 yaşlı Tövhid Azəriyyun, 35 yaşlı Himmət İsimzadə və 39 yaşlı Əsgər Qasımi olay yerində öldürülüb.

Qeyd edək ki, 2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində azərbaycanlıları “hamam böcəyi” adlandıraraq aşağılayan yazı və karikaturanın dərc edilib. Bundan bir neçə gün sonra Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

Yazının dərcindən bir neçə gün sonra, mayın 22-də Təbrizdə yüzminlərlə azərbaycanlının qatılımı ilə keçirilən etiraz aksiyası aksiyaların ən genişi olduğu üçün bu qiyam 22 may (1 Xordad) adı ilə tanınıb.

Milli fəallar hər il may ayının 25-də Qərbi Azərbaycan vilayəti Sulduz şəhərinin məzarlığında “Sulduz Şəhidlərinin anım törəni” keçirirlər. - ulduzda may qiyam qurbanlar n n xatir si an l b 0 1653489380

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir