Görkəmli ziyalı Əhməd bəy Ağaoğlunun anım günüdür

Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anım günüdür.

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub.

Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Sonra təhsilini Parisdə davam etdirmək qərarına gəlib və çox keçmədən Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub.

Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanıb və orada “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət” qəzetində məqalələri dərc edilib. Burada 6 ay yaşadıqdan sonra atasının Şuşada vəfat etməsi xəbərinı alan Əhməd bəy Qafqaza qayıdıb. Bir müddət Tbilisidə yaşayıb və gimnaziyada fransız dilini tədris edib, eyni zamanda, “Kafkaz” qəzetində məqalələri dərc olunub. 1896-cı ildə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin olunub.

1905-ci ildə ermənilərin “Daşnaksutyun” terror təşkilatının Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənən Əhməd bəy Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Lakin imperiya məmurlarının ermənipərəst mövqeyindən daha da hiddətlənərək Bakıya qayıdıb.

Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. “Difai”nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi.

Əhməd bəyin Azərbaycan xalqı üçün ermənilərə qarşı apardığı mübarizə onun İstanbula gedişindən sonra da davam edir.

Əhməd bəy Ağaoğlu Türkiyədə yaşasa da, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edib.

Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tərkibində Vətənin harayına gələnlər arasında Əhməd bəy Ağaoğlu da var idi.

1939-cu il mayın 19-da türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlu İstanbulda vəfat edib.

Ondan geriyə isə minlərlə məqalə “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalıb.Görkəmli ziyalı Əhməd bəy Ağaoğlunun anım günüdür Edit Post

Yazıları posta kutunda oku

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. - rk mli ziyal hm d b y ao lunun an m g n d r 0 1652939227 780x470 1

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir