Urmu stadionunda milli şüarlar səsləndirilib

İsfahan və Urmu futbol komandalarının görüşündə milli haqlarla bağlı şüarlar səsləndirilib.

Mayın 17-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin “Bakiri” stadionunda İsfahanın “Vənpars” və Urmunun “Nəvəd” futbol komandaları arasında keçirilən görüşdə milli haqlarla bağlı türkcə şüarlar səsləndirilib.

Azərbaycanlı tamaşaçılar “türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarları ilə yanaşı “Vətən bizə ana, biz əsgərik ona” şeirini oxuyublar.

Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə uyğulanan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər.

Mayın 17-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin “Bakiri” stadionunda İsfahanın “Vənpars” və Urmunun “Nəvəd” futbol komandaları arasında keçirilən görüşdə milli haqlarla bağlı türkcə şüarlar səsləndirilib. - 0bd7d62b 394a 4f8a 8d9c 97ea51da2925

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir