Sistan və Bəluçistan əyalətinin Dəştyari şəhər sakini, gənc müəllim Hüseyn Mehdipur mayın 11-də mülki geyimli polislər tərəfindən tutulub. Mehdipurun həbs edildiyi andan bu günədək onun vəziyyəti və harada saxlanması barədə heç bir məlumat verilmir.
Xatırladaq ki, İranda çalışan və təqaüdə çıxmış narazı müəllimlər aylardır etiraz aksiyaları keçirsələr də, hökumət onların dərdinə biganə yanaşır və bu etirazların qarşısını almaq üçün onlar arasındakı fəal müəllimləri həbs edərək işgəncələrə məruz qoyur.
Yazıları posta kutunda oku