İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

İranın Ali Təhsil Şurası mayın 16-nı Firdovsini Anma Günü adlandırıb və bu münasibətlə İranın bütün məktəblərində “fars dilinin qorunması zəngi” çalınıb.

Tədbir çərçivəsində İranın təhsil naziri Yusif Nuri və Fars dili Akademiyasının başçısı Qulaməli Həddadi Adil Tehran məktəblərinin birində tədbirin açılış zəngini səsləndiriblər.

Təhsil naziri tədbirdəki çıxışında İranda yaşayan on milyonlarla qeyri-farsların dillərindən ad çəkmədən fars dilinin zənginliyindən danışıb və onu İran kimliyini təşkil verən əsas amil adlandırıb.

İran konstitusiyasında fars dilinin rəsmi dövlət dili kimi qeyd olunmasına baxmayaraq Yusif Nuri onu “milli dil” adlandırıb və fars dilinin yetərincə inkişaf etdirilmədiyindən gileylənib.

O, bununla yanaşı iranlı kimliyini gücləndirmək üçün bütün məktəblərdə Şahnamə kitabının və Sədinin əsərlərinin oxunmasının təbliğ olunmasını istəyib.

“Firdovsi, Sədi və Hafizin əsərlərini oxuyun və fars dilinin qorunmasına çalışın”-deyə, anti-türk çıxışları ilə tanına Qulaməli Həddadi Adil şagirdlərə müraciətində bildirib.

Qeyd edək ki, İran Təhsil Nazirliyinin verdiyi məlumata görə, yeni təhsil ilindən dərsliklərin çoxunda dəyişikliklər ediləcək.

Dəyişikliklərin ali rəhbər Əli Xamneyinin bundan öncə fars dilinin inkişaf etdirilməsi, yeni iranlı kimliyinin formalaşdırılması ilə bağlı çıxışları və tövsiyələri əsasında həyata keçiriləcəyi bildirilir.

Bununla yanaşı Əli Xamneyinin təklifi ilə yeni dərsliklərdə “İran inqilabının dəyərləri” və Amerikaya qarşı mətnlərin yerləşdirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Qeyd edək ki, konstitusiyada qeyri-fars dilləri ilə bağlı 15-ci maddənin olmasına baxmayaraq,  İranda on milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir. Yalnız Təbriz Universitetində türk dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərir.

Bu bölməyə isə hər il ancaq 40 öyrənci cəlb olunur.
2018-ci ildə Beynəlxalq Ana Dili günü münasibətilə Marağa Universitetinin 925 öyrəncisi petisiya imzalayaraq bu Universitetdə türk dili və ədəbiyyatı bölməsinin açılmasını tələb edib. Ancaq əlaqədar qurumlar bu müraciətə əhəmiyyət verməyib.

Əksinə bu təşəbbüsüə qoşulan tələbələr rəhdid olunub, müraciətin hazırlanmasında öncüllük edən Salar Sərkeşi adlı öyrənci universitetdən qovulub.

Yazıları posta kutunda oku

Tədbir çərçivəsində İranın təhsil naziri Yusif Nuri və Fars dili Akademiyasının başçısı Qulaməli Həddadi Adil Tehran məktəblərinin birində tədbirin açılış zəngini səsləndiriblər. - ran m kt bl rind fars dili il ba l yeni proqramlar

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir