Şərqi Azərbaycanda qızılca epidemiyası ilə bağlı xəbərdarlıq

Bu barədə Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə məlumat verib.

Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə Şərqi Azərbaycan əyalətində uşaqlar arasında qızılca epidemiyasının yayıldığı barədə xəbərdarlıq edib.

Xəyyatzadə yoluxanların sayı barədə açıqlama vermədən son iki ildə bütün diqqətlərin koronovirus xəstəliyinə yönəldiyi üçün başqa xəstəliklərə, o cümlədən uşaqlar arasında yayılan qızılcaya qarşı yetərli tədbirlərin görülmədiyini söyləyib.

O, hal-hazırda əyalət xəstəxanalarında müalicə olunan koronovirus xəstələrinin sayının 135 olduğunu, son sutkada daha 35 nəfərin tibb məntəqələrinə yerləşdirildiyini və 49 nəfərin reanimasiya bölmələrində olduqlarını bildirib.

Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə Şərqi Azərbaycan əyalətində uşaqlar arasında qızılca epidemiyasının yayıldığı barədə xəbərdarlıq edib. - rqi z rbaycanda q z lca epidemiyas il ba l x b rdarl q 0 1652423340

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir