İranda spirtli içkidən ölənlərin sayı artıb

İranın Bəndər Abbas şəhərində ötən həftə kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənərək ölənlərin sayı 13 nəfərə çatıb.

“Aznews tv” xəbər verir ki, bu barədə Hormuzqan vilayətinin Tibb Universitetinin sözçüsü Fatimə Novruzian məlumat verib.

Onun sözlərinə görə, zəhərlənənlərdən biri də ölüb və bununla da ölənlərin ümumi sayı 13 nəfərə yüksəlib.

Xanım Novruzian əlavə edib ki, spirtli içkilərdən zəhərlənənlərin sayı 80 nəfər olub. Onlardan 46 nəfəri diyaliz edilib və hazırda 12 nəfər hələ də Bəndər Abbas xəstəxanalarında müalicə alır. 4 nəfərin isə görmə qabiliyyəti ciddi zədələnib.

Qeyd etmək lazımdır ki, hər il İranda yüzlərlə insan spirtli içkilərdən zəhərlənmə nəticəsində ya ölür, ya da sağlamlığını ciddi şəkildə itirir.

“Aznews tv” xəbər verir ki, bu barədə Hormuzqan vilayətinin Tibb Universitetinin sözçüsü Fatimə Novruzian məlumat verib. - af4878b0 4bea 4dcf a2dd 3f08cf06f0a8

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir