Azərbaycanın Gürcüstandakı səfirliyi Axaltsixedə axıska türkləri üçün iftar süfrəsi açıb

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Axaltsixe şəhərində və ətraf ərazilərdə yaşayan, əsasən Azərbaycan vətəndaşları olan axıska türkləri üçün iftar süfrəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları ilə yanaşı Türkiyənin səfiri Fatma Ceren Yazqan, Türkiyənin Dəyanət İşləri Bakanlığının Gürcüstan nümayəndəsi Ahmet Erdem, diplomatlar, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin regional nümayəndəsi Elvardi Zazadze, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) Gürcüstan nümayəndəsi Bayram Köçəliyev və digər rəsmi şəxslər, yerli axıska türkləri iştirak ediblər.

Səfir Faiq Quliyev tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib, oruc və dualarının qəbul olunmasını arzulayıb. Gürcüstanda axıska türklərinin öz dədə-baba torpaqlarında yaşadığını vurğulayan F.Quliyev onların yerli cəmiyyətə inteqrasiyasında Azərbaycan dövlətinin daim dəstək göstərəcəyini xüsusi qeyd edib.

Diplomat Azərbaycan-Ermənistan müharibəsində şəhidlik zirvəsinə ucalan 9 Azərbaycan vətəndaşı olan axıska türkünə Allahdan rəhmət diləyib.

İftar süfrəsindən sonra səfir Faiq Quliyev Azərbaycan vətəndaşı olan axıska türklərinin problemləri ilə maraqlanıb, suallarını cavablandırdı.

Tədbirdə iştirak edən axıska türkü ailələrinə Ramazan bayramı ilə əlaqədar ərzaq yardımları da təqdim olunub.

AZƏRTAC / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Axaltsixe şəhərində və ətraf ərazilərdə yaşayan, əsasən Azərbaycan vətəndaşları olan axıska türkləri üçün iftar süfrəsi təşkil edilib. - Gurcistan GulDevrimi

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir