Site icon Turkish Forum

Sınmış termometrin civəsi təhlükə mənbəyidir

Sınmış termometrdən dağılan civə qatı maye halında olur. Həmin maddə asanlıqla xalça və döşəmənin arasına yayılıb yavaş-yavaş buxarlanaraq havanı zəhərləyə bilir. Mütəxəssislər hesab edirlər ki, insan bu hava ilə nəfəs alarsa, civə onun orqanizmində böyrək, qaraciyər və beyində toplanaraq zəhərlənmə yaradır. Civə zəhərlənməsi uzun müddət özünü büruzə vermir. Şüşə termometrin uc hissəsində yerləşən bu cüzi həcmli civə çox təhlükəlidir. - termometre civa derece

Sınmış termometrdən dağılan civə qatı maye halında olur. Həmin maddə asanlıqla xalça və döşəmənin arasına yayılıb yavaş-yavaş buxarlanaraq havanı zəhərləyə bilir. Mütəxəssislər hesab edirlər ki, insan bu hava ilə nəfəs alarsa, civə onun orqanizmində böyrək, qaraciyər və beyində toplanaraq zəhərlənmə yaradır. Civə zəhərlənməsi uzun müddət özünü büruzə vermir. Şüşə termometrin uc hissəsində yerləşən bu cüzi həcmli civə çox təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov civədən zəhərlənmə daha çox azyaşlı uşaqlar arasında zəhərlənmə halları baş verdiyini deyib: “Çox vaxt uşaqlar şüşə termometrlərin xüsusilə başlığına maraq göstərir və dişləyirlər. Belə olanda onlar şüşə qırıntılarından zədə alır və civəni udurlar. Civə ağır metallara aid olsa da, praktiki olaraq zəhərlənmə vermir. Lakin onun duzları çox ağır toksiki təsirə malikdir və çox ağır zəhərlənməyə səbəb olur”.

Ev şəraitində dağılmış civəni yığmaq üçün süpürgə və ya sərt fırçadan istifadə etmək məsləhət deyil. Bu maddənin buxarlanmasının təhlükəli xassələrindən biri onun taxta, divar kağızı və plastik şüşə kimi səthlərə boya kimi hopmasıdır. Ona görə də onun təmizlənməsi üçün 112 qaynar xəttinə zəng edib Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən məsləhət almaq və onların tövsiyələri əsasında zəruri işlər görmək lazımdır.

Gümüşü rəngdə olan bu maddə havadan 7 dəfə ağırdır. Termometrdə olan 2 qram civə 6 min metrə qədər havanı çirkləndirə bilər.

Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nərgiz Kərimovanın dediyinə görə, isti otaqda civə tez buxarlanır: “Hərarət ölçən cihaz qırılanda mütləq şəkildə civəni otaqdan tamamilə təmizləyərək evin havasını dəyişmək lazımdır. Xoşagəlməz hallarla üzləşməmək üçün elektron termometrdən istifadə etmək daha rahat və təhlükəsizdir”.

Civə zəhərlənməsinin əsas əlamətləri ümumi zəiflik, udlaq və ağızın selikli qişasının mis rəngində qızarması, qarında kəskin ağrılar və bədən hərarətinin 38-39 dərəcəyədək yüksəlməsidir.

AZERTAC /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Exit mobile version