İranda son günlər əsas ərzaq məhsullarının kəskin bahalaşması və bunun fonunda qıtlığı yaşanır.
“Aznews tv” Telegram kanalı xəbər verir ki, “İslam Cumhuriyyəti” qəzeti bu səbəbdən prezident İbrahim Rəisini cəsarətli davranaraq istefa verməyə çağırıb.
Qəzetin məqaləsində Rəisidən soruşulur ki, nə qədər vaxt keçməlidir ki, o, ölkənin boş sözlərlə idarə edilmədiyini anlasın.
“Ciddi təhlükə elanı” başlıqlı məqalədə Rəisiyə xitabən onun problemlərin öhdəsindən gələ bilmədiyi vurğulanır və o, bu postdan istefa verərək daha səriştəli şəxsin prezident olmasına imkan yaratmağa çağırılır.