Güneyli sənətçi həbs edildi

O, bu gün Salmas zindanına köçürülüb.

Güney azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan bu gün mayın 7-də Salmas şəhərinin məhkəmə məmurları tərəfindən saxlanılaraq bu şəhərin zindanına köçürülüb.

Salmas şəhərinin Cinayət Məhkəməsinin 102 saylı bölməsi sənətçi barəsində “kiberməkanda sistemə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzasının verilməsinə qərar verib.

“Təhlükəsizlik idarəsinin təhqiqatçılarının araşdırmaları nəticəsində müttəhimin kiber məkanda sistemə qarşı təbliğat aparması dəlillərlə sübuta yetirilib”-deyə, qeyd məhkəmə qərarında qeyd olunub.

Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün ETTELAAT-ın Urmu İdarəsinin təcridxanasına köçürülmüşdü.

Əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan güneyli fəal və musiqiçi ETTELAAT təcridxanasında sorğu-suala çəkildikdən sonra Urmu zindanına köçürülüb, sentyabrın 22-də isə 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Musiqiçi və mədəni fəal Abbas Nikrəvan daha öncə də 2014 və 2018 illərində müvafiq olaraq bir toy mərasimində və Babək Qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onun 2015-ci ilin fevralında xeyriyyə məqsədilə təşkil edəcəyi bir konserti ləğv olunub.

Ümumiyyətlə İranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan siyasi və ictimai fəallar təcridxanada təkadamlıq kameralarda saxlanılaraq dindirilir.

Onlar vəkillə təmin olunmaq  və ailələri ilə telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilirlər.

Güney azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan bu gün mayın 7-də Salmas şəhərinin məhkəmə məmurları tərəfindən saxlanılaraq bu şəhərin zindanına köçürülüb. - neyli s n t i h bs edildi 0 1651938584

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir