Qərbi Azərbaycanda 6500 hektar riskli yaşayış yerləri mövcuddur

Bu barədə əyalətin Yol və Şəhərsalma İdarəsinin başçısı məlumat verib.

Qərbi Azərbaycan əyalətinin Yollar və Şəhərsalma İdarəsinin başçısı Seyid Möhsün Həmzəlu əyalətdə yüz minlərlə insanın qəzalı evlərdə yaşadığını deyib.

“Qərbi Azərbaycan əyalətində 6588 hektar qeyri-rəsmi və riskli yaşayış məntəqələrində 544 min 444 ailə yaşayır və bunun 307 hektarı əyalət mərkəzi Urmu şəhərinin payına düşür”-deyə, Həmzəlu bildirib.

Bundan öncə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmunun Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Gülşən Novruzi hökuməti şəhərlərə diqqət sahəsində ayrı-seçkilik etməkdə günahlandırıb.

“Ölkənin çöllük və quraq bölgələrindəki şəhərlər abadlaşdırıldığı bir halda Urmu şəhərinə diqqət ayrılmayıb”-deyə, Mədəniyyət Komissiyasının başçısı mərkəzi fars şəhərləri ilə Urmu şəhəri arasında fərq qoyulduğunu bildirib.

Bu barədə əyalətin Yol və Şəhərsalma İdarəsinin başçısı məlumat verib. - rbi z rbaycanda 6500 hektar riskli ya ay yerl ri m vcuddur 0 1651906256

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir