Kapitulyasiya aktını imzalayan məğlub ölkənin şərt irəli sürməyə haqqı varmı?

Kapitulyasiya aktını imzalayan məğlub ölkənin şərt irəli sürməyə haqqı varmı?

Bildiyimiz qədəri ilə cari ilin mart ayının ortalarında Azərbaycan Ermənistana 5 maddədən ibarət sülh müqaviləsinin imzalanması üçün təklif göndərmişdi. Azərbaycan tərəfinin əsasən sərhədlərin müəyyən edilməsi, torpaqların delimitasiyası və demorkasiyasına köklənən 5 maddəlik təklif paketinin Ermənistan tərəfindən rəsmi şəkildə qəbul olunduğu açıqlandı. Hətta əlavə olaraq, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın status məsələsinin onlar üçün əhəmiyyət daşımadığını, əsasən orada yaşayan ermənilərin təhlükəsizliyinin və statuslarının müəyyənləşməsində maraqlı olduqlarını açıqladı.

Hətta Nikol Paşinyan da, Ermənistanın XİN başçısı Mirzoyan da həm Moskva görüşündə, həm Ermənistan Parlamentindəki çıxışları zamanı, Ermənistanın Azərbaycanla artıq torpaq probleminin olmadığını, hüquqi problemin həlli üçün danışıqların aparıldığını vurğuladığıqlarını da açıqlamaq yerinə düşər.

Ötən gün isə bunun ardından, Ermənistan tərəfi Azərbaycana sülh müqaviləsi üçün altı təklif irəli sürdüyünü açıqlayır. Əslində 10 Noyabr kapitulyasiya aktını imzalayan məğlub dövlət olaraq, qalib dövlət olan Azərbaycana 6 şərt irəli sürməsi nə qədər doğrudur anlamaq çətindir.

Altı maddənin tərkib hissəsi hələ ki, mətbuata açıqlanmasa da, onun tərkibində nələrin olduğunu təxmin etmək mümkündür. Son günlərdə Ermənistanla ABŞ arasında imzalanan nüvə əməkdaşlıq sazişinin ardından gələn bu altı təklif paketini düşündüyümüzdə, Ermənistanın təklif paketinin içərisində ATƏT-in Minsk Qrupunun sülh prosesi çərçivəsində yenidən danışıqlara cəlb olunması məsələsi şübhəsiz ki, yer alır. Digər tərəfdən, Xankəndində yerləşdirilən ermənilərin Ermənistan vətəndaşı olması, məsələsinin “Qarabağdakı ermənilərin statusu” başlığı altında qəbul etdirilməsinin də maddələr içində yer alma ehtimalı yüksəkdir.

Rəsmi Bakı Ermənistanın irəli sürdüyü təkliflə bağlı heç bir rəsmi mövqe bildirməsə də, şübhəli olan odur ki, Ermənistan tərəfi, rəsmi şəkildə hər iki tərəfin təkliflərini “5+6” formatında birləşdirərək, qarşılıqlı anlaşma şəklində danışıqlar masasında müzakirəsinə keçid almağa səy göstərir.

Bunu öz çıxışında Azərbaycanın Ermənistanın 6 bənddən ibarət təkliflərini açıq şəkildə rəddini müşahidə etmətidiyini bildirən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vurğulayıb. Onun sözlərinə görə, hazırda həm Azərbaycan tərəfinin, həm Ermənistan tərəfinin mövqeyi hər iki tərəfin təkliflərini “5+6” şəklində birləşdirib, sülh müqaviləsi ətrafında danışıqlara başlamaqdır. Daha sonra, Qriqoryan söz arasında təxmini altı maddənin tərkibinin qısa xülasəsini iki – üç cümlə ilə qeyd edib.

Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfinin təklifləri əsasən Dağlıq Qarabağ probleminin müddətli həlli, Prioritet təhlükəsizlik, Xankəndində yaşayan ermənilərin hüquqlarının müdafiəsi, Dağlıq Qarabağın statusunun formalaşdırılması məsələlərini əhatə edir.

Maraqlı məqam odur ki, Ermənistanın bu kimi absurd təklifləri birmənalı olaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həm Xankəndində yaşayan ermənilərin statusu, həm ərazinin statusu ilə bağlı çıxışları və verdiyi bəyanatlarla ziddiyyət təşkil etdiyi halda, rəsmi Bakı Ermənistanın təklifləri ilə bağlı açıq şəkildə hər hansısa bir mövqe bildirmədiyi halda, hər iki dövlətin təkliflərinin “5+6” formatında birləşdirilməsi yönündə danışıqlar aparmasının irəli sürülməsi bir qədər inandırıcı səslənmir…



Amma rəsmi Bakı Ermənistanın təlifləri ilə bağlı hər hansısa bir mövqe bildirmədiyi halda, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirdiyi brifinqdə Azərbaycanın 5 bəndlik təklifinə Ermənistanın sülh müqaviləsi ətrafında danışıqlara başlamaq üçün “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün altı bənd”lə cavab verdiyini bildirərək, rəsmi Bakının Ermənistanın altı bəndlik təklifini qəbul etdiyini açıqlayıb.

Bu açıqlama ilə bağlı Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz fikrini bildirərək, rəsmi Bakının bu haqda heç bir açıqlamasının olmadığını bildirib: “Bu 6 məqam nədir, əziz insanlar? Belə çıxır ki, onlar Azərbaycana təxminən 6 xal təklif ediblər ki, bundan da bizim heç xəbərimiz yoxdur. Nə ekspert, nə sivil, nə də siyasi dairələrin xəbəri yoxdur ki, Azərbaycanla danışıqlara Ermənistan adından 6 bənd təqdim olunur. Hansınız bilirsiniz? Mən bilmirəm. Azərbaycana təklif edilən altı maddəlik təklif niyə gizli saxlanılır?” – deyə, Armen Aşotyan vurğulayıb.



Armen Qriqoryanın ikinci yalanı isə yuxarda qeyd etdiyimiz kimi Azərbaycanın Ermənistanın 6 maddəlik təklifini rədd etməməsi açıqlamasıdır:

“Baxın, Azərbaycan yalnız təqdim etdiyi 5 təklifdən danışır. Azərbaycan nəyi rədd etmədi? Bir kağız göstərin! Azərbaycanın Ermənistanın təkliflərini qəbul etdiyi harda yazılıb? Əvvəlcə bu 6 məqamın nə olduğunu bir deyin, sonra Azərbaycanın sizə cavab olaraq hansı kağızı verdiyini göstərin.

Əgər bu 6 məsələ əlavə gündəm kimi qəbul edilirsə, o zaman beynəlxalq ictimaiyyət niyə bu barədə danışmır? Məsələn, niyə Lavrov və Zaxarovanın müxtəlif bəyanatlarında Azərbaycan təkliflərinə istinadlar edilir? Təklifləriniz qəbul olunursa, bəs niyə bu barədə danışan yoxdur? Əslində siz 3 Madrid prinsipini və 6 elementi hansısa anlaşılmaz 5+6 düsturu ilə əvəz edirsiniz”, – deyə Armen Aşotyan bildirib.

Yəni, maraqlıdır, Ermənistanın Azərbaycana təqdim etdiyi altı maddəlik təklif paketinin tərkibi Ermənistan ictimaiyyəti üçün də sirdir və kapitulyasiya aktını imzalayaraq, məğlubiyyəti qəbul edən bir dövlətin altı şərt irəli sürməsi göründüyü kimi Ermənistan ictimaiyyəti üçün də təəcüblü səslənir…

“İti qovan kimi qovduq” dediyimiz bir məğlub dövlətin altı şərti bu gün müzakirə mövzusu necə ola bilər? Baxın bu tendensiya nəinki Ermənistanın siyasi dairələrini, eyni zamanda ermənilərin özlərinin müşahidələridə onu göstərir ki, məğlub dövlət olan Ermənistanın qalib dövlətə şərt irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfindən də qeyri ciddi qarşılanır…


Siyasi Yazar Ülkər Fərmanqızı/Voicepress.az/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Kapitulyasiya aktını imzalayan məğlub ölkənin şərt irəli sürməyə haqqı varmı? - pasinyan aliyev macron

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir