Eluca Atalı: Xomeyninin körpə siğəsi
Eluca Atalının “İran hizbullah zindanında” romanından “Həyatı tabutda axtaranlar” kitabından Xomeyninin Nəcəf səfəri
Oğruncasına qapıya göz atıb kimsənin gəlməsindən və ya eşitməsindən ehtiyat edirmiş kimi hərəkətlərini dondurdu. Sükut qorxusuzluq vəd edib rahatlığını təmin etdikdə kitab dolabının arxasında yaratdığı özünəməxsus mağaraya yenidən baş vurdu, bu dəfə şüşə cingiltisi yox, kitab xışıltısının eşidilməsi mümkün idi. Nəcəf şəhərinin Məşhur din alimi Seyid Hüseyn Əl Musəvinin ”Lellahə Sommə Lelatarix” adlı kitabını əlinə aldı, ayaq üstə durmağa taqəti qalmamışdı, otaq dumana qərq olur xəyalən danışdığı adamı indi bir yox, üç eyni formada görürdü, o israrla gözünü ortadakı adama dikib durdu, çünki zənn edirdi, ətrafdakılar onu ayaq üstə saxlamaqdan ötrü yanında durublar. Döşəməyə nə zaman çökdüyünün fərqinə varmadı, kitabı oxumağa israrlı olduğundan onu əlindən buraxmayıb vərəqlədi: “Xomeyni İraqda sürgün həyatı keçirərkən bir gün (nəzərə almağı unutmayın, hər sürgün olunan səfil kökündə yaşamır, o cümlədən, Səttam Hüseynin himayəsində olan imamımız kef-damağın içindəydi) Ətfiyyə məhələsində əslən iranlı olan Seyid Sahib adlı dostunun evinə qonaq getmişdi. O, bizim gələməyimizdən çox sevindi, rica etdi gecəni onun evində qalaq, İmam Xomeyni onun ricasına əvvəl tərəddüd edib ev sahibinə əziyyət vermək kimi arzusu olmadığını dilə gətirdi. İki dost söhbət etdiyi zaman qəfildən ev sahibinin dörd-beş yaşlı qızı özünü otağa atdı və elə bu an imam uşağı yanına çağırıb otuzdurduqdan sonra nəcib bir baba nəvazişi ilə onun başını sığalladı. Hiss olunurdu uşaq yad adamın nəvazişli sığalından qədərincə məmnundur, o üzdən ağa mərhəmətin ali pilləsinə qədəm basıb səxavətini nümayiş etdirərək süfrədəki şəkərdandan bir kişnişli noğul götürüb qızcığaza uzatdı, o almağa tərəddüd etdikdə ağa konfeti onun ətəyinə qoydu (Əlbəttə, bunun rüşvət və ya şirnikləndirmə olduğu sonra aşkarlanacaq). Uşaq çox gözəl idi. Nə oldusa, ağa birdən-birə üzgörənliyini yerə qoyub bu axşam onlarda gecələməyi qəbul etdi. Hər şey qaydasında gedirdi: normal qonaqlar kimi yeyib-içdik, məmləkətimizin gələcəyini də yaddan çıxarmadıq, təbii, imam xəyalındakı güllü-baharlı İrandan ağızdolusu bəhs etdi, biz də gələcəyinə bihuş olduğumuz məmləkətimizin təsvirinə ağzımızı ayırıb tamaşa etdik. Necə heyrət etməyəsən, bir ölkədə ki qurdla quzu eyni çəmənlikdə gizlanpaç oynayır, quzu qorxmur, qurd da daxilində məkr daşımır və təsvir edildiyinə görə, hətta quzuya xoş gəlsin deyə qurd dişlərini öz pəncələri ilə vurub qarnına töküb. Gözlənilmədən imam söhbəti kəsib qədim dostunun üzünə gülümsədi, dost da cavab reaksiyası verdikdən sonra imam ölkəsinin gələcəyini qatlayıb tulladı beynindəki xəyal arxivinə və ordan sıçrayıb birbaşa gerçəkliyə düşəndə özünün bu gecəsini təmin etməkdən dəm vurdu. Gerçəkdən imamın bu qədər gerçəkliyə sığınacağını təsəvvür etmirdim. O, qədim dostundan xahiş etdi, qızını bir gecəlik siğə etməsinə izin versin. Ev başıma fırlandı, əbamın əlin-ətəyin əlimə yığıb maneəsiz qaçmaqdan ötrü ilkin hazırlığımı gördüm, düşünürdüm, namuslu biri kimi ev sahibi bizi qovacaq, amma hər şey imamın ürəyindəki tək cəryan etdi. Görünür, imam arzusunu qədim dostunun qeyrətinə hesablamışdı! Əks halda adam əlüstü imamın istəyini qəbul etməyib nəm-nüm bildirər, təhqir olunduğundan narahatçılıq hissi keçirərdi. Beləcə imam özü dodaqaltında bir-iki kəlmə mızıldandı (gözlərini ciddi-cəhdlə yumdu, məlumdu ki SİĞƏ aləmi ilə əlaqəyə girmişdi), gözlərini açıb gülümsəyəndə artıq qızı onun dizinin dibində otuzdurmuşdular. Elə həmin an “Biz yol gəlib yorulmuşuq izin verin ertədən yataq” dedi, “Ev sahibi qonağın quludur, qonaq nə buyursa, ev sahibi müntəzirdir!” – dedi. Əlbəttə, bir dəqiqə əvvəl evin kiçiyinin bir gecəlik imama arvadlıq edəcəyini bildik, amma ev sahinin də eyni zamanda bizlərə qul-qaravaş olacağını zənn etmirdim. Yeni “evlənmiş” imam körpənin əlindən tutub yan otağa keçdəndə balaca ağlamağa başladı, imam da şirin dilini onu ovundurmaqdan ötrü işə saldı, sözsüz, burda məmləkətin gələcək qurd-quzu gizlənpaç oyunu dada çatan deyildi, çünki quzu qorxurdu və necə də qorxmayaydı, qurdun iti dişlərini açıq-aydın görürdüyündən anlamamış deyildi ki, o kəsici dişlərin altında yatan iştah bu gecə onu o dişlərlə parçalayacaq. İran kişisi adına o gecə çox utandım – imam qızla yatdı, bizsə əksinə yuxuya gedə bilmədik, çünki otaqlarımız iç-içə olduğundan səhərə qədər körpə quzunun cığırıb ağlaması, imamınsa əsəbi qışqırıqları bir direl tək qulağımızın içini ovurdu. Bizim ahıl imam bir körpəcənin əlində giriftar qaldığından o boyda islam inqilabını necə bacaracağını götür-qoy edirdim. Sübh azanı səslənəndə qız tumanıaçıq çılpaq otağımıza girib “ana-ana” imdad mələməsi ilə qaranlıqda sürü qabağına qaçıb anasını axtaran quzu kimi bizlərə ani göz atıb digər bir otağa üz qoydu. Az keçmiş imam otağa girdi, güman ki ibadətini edib bitirdikdən sonra vaxtı bitməmiş siğəsini geri qaytarmaq əzmində idi. Mən divara söykənib durdum, o isə yardımçısı Dehqaninin üzərindən yorğanı qaldırıb onun baldırları arasını havaladı. Guya Dehqaninin dana başından onun kimliyini təyin etmək bu qədər zor imiş ki, onu ayaqlarının arasından daha yaxşı müəyyən etdi. İmam Xomeyninin hərəkətlərinə göz qoyduğumu andıranda asta tonda: “Dehqani də burdaymış” – mızıldandı. Əstəğfürullah, bu ahıl başlı inqilab iddiası ilə dünyaya meydan oxuyan yetmiş beş yaşlı ayətullah bilmirdimi kiminlə müqəddəs ziyarətə gəlib? Və ya yıxılmayıb ayaqda qalmasından ötrü hər addım başı onun qoluna gırıb onun üçüncü ayağı rolunu ustalıqla nümayiş etdirən kəloğlan ləqəbli Dehqaninin kimliyini bir gecədəmi unutdu? İmamda altsheymer – yaddaşın itməsi xəstəliyini heç zaman müşahidə etməmişdim, əgər belə bir zəifliyi olsaydı, hələ bir gün əvvəl Ağ inqilabı devirmək eşqi ilə mollaların yolunda etdiyi fedakarlığı bura gələndə yol boyu detallarına qədər nəql edə bilməzdi. O, kor-peşman otağına dönərkən ona ürəyim göynədiyindən səsləyib uşağın anasının yanına getdiyini bildirdim.
İmamın bu işinə çox təəccüb etdiyimdə, o özünə bəraət qazandırmaqdan ötrü yaxşı səslənən kəlmələr ovna çıxmayıb sadəcə bunu dedi: “Mən bu qızla seks etməyib yalnız cinsi ehtirasımı yatırtmaq arzusu ilə şəhvətlə toxunub cinsi orqanımı onun ombalarına yerləşdirdim.” Qızın atasına üz tutdum: “Sən niyə qızını imam Xomeyniyə siğə etdin?” Utanacağını zənn etdim, qız atası kimi namusu ləkələndiyindən xəcalət çəkəcəyini normal sayırdım, aldığım cavabdan ayaqlarım yerə yapışdı, nitqimin quruduğunu deməyə lüzum yoxdur, düşünürəm, siz artıq mənim halımı təsəvvür edirsiniz. Dedi: “Mən bu işdən çox sevindim, siğə yolu ilə də olsa, Xomeyniyə yaxınlaşmaq şərəfdir, hətta əgər bir gecə olsa belə…”
“Nəticə:” Kitabda bu bir kəlməyə gəlib çatanda o oturduğu yerdən qəddini düzəltdi, sanki bununla böyük din alimi Seyid Hüseyn Əl Musəvinin ”Lellahə Sommə Lelatarix” kitabının məğzini dərk etmək istəyirdi. Arada dumanlanmış gözlərini təkrar-təkrar uzun ağ köynəyinin ətəyi ilə silib o bir cümləyə baxışlarını zillədi.
“Nəticə: Elə o zamandan indiyədək – o zaman deyəndə ağayi imam ibadətindən sonra gəlib Dehqaninin yorğanının altını yoxladı, dərin-dərin düşüncəyə qərq oldum, o üzdən ki, heç cürə özüm üçün aydınlaşdıra bilmədim, bu iki ağanın – sigə eşqində olan qonağın və siğəyə körpəsini itələyən ev sahibinin cinsiyyət orqanı beynində yerləşir, yoxsa beyinləri cinsiyyət orqanının yerində bərqərar olub ki, qədim dost kimi anlayışı, bir süfrədə duz-çörək kəsməyi özlərinə şərəf bilməyib, cinsiyyət orqanının şərəfini ondan üstün tuturlar.”
Kitabın yazarı, imamın səfər yoldaşı ağeyi Seyid Hüseyn Əl Musəvi bu nəticədən sonra etməyib tənbəllik bir yox, iki yox, düppədüz bir səhifə fasiləsiz sual işarəsi qoyub, imkanı olsaydı əgər, düşünürəm Qum şəhərindən Nəcəfə qədər bu suallarla yol salardı. Binava adamın beyninin sualla yorulduğu bu bir səhifədən məlumdur.
“Zorakılığın qalib gəldiyi gecə imam güllü-baharlı İranın gələcək təməl daşını atdı!”
– Əli Musəvinin müəllifi olduğu iranlı kişisinin üzqarası kitabında qalın mürəkkəblə altını cızdığı bu sətirlər onun uzaqgörənliyindən xəbər verir, imam bir gecə etdiyi xətaya bütün inqilabın bəhrəsini sürütlədi ki, özünə bəraət qazandırsın.
Ağa buna etiraz edəcək, bəli, qəti etiraz edəcək. Etiraz etsə belə deməliyəm, vicdanım qarşısında susmağı qəbahət sayıram. Bu yerdə susmaq günaha şərik olmaqdır. Etiraz etməyi bir yana dursun, bəlkə bu söhbəti açmağıma belə izin verməyib ağzımın üstündən vuracaq. Sən doğru bildiyin yoldan dönmə, Müntəziri!
ELUCA ATALİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER