ABŞ nəşrinin Əliyevlə bağlı qərəzli yazısının pərdəaraxası məqamları

ABŞ nəşri “The National Interest” Azərbaycan Prezidenti İlham Əliyevi İraqın sabiq Prezidenti Səddam Hüseynlə müqayisə edərək, Azərbaycana qarşı qərəzli məqalə yayımlayıb.

Məqalə Ermənistan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb. “Belə müqayisə bizim üçün olduqca xoşdur” deyə məqaləni şərh edən erməni jurnalistlər sevinclərini açıq-aşkar bəyan ediblər. Bu kimi sıradan şərhlərin üzərində çox durmadan, məsələnin siyasi əhəmiyyəti ilə bağlı əldə etdiyimiz araşdırma nəticələrinə keçid almaq daha maraqlı olar, deyə düşünürəm…

Belə ki, apardığımız araşdırmalar nəticəsində məqalənin müəllifinin Maykl Rubin adlı jurnalist olsa da, “The National Interest” nəşrinin də, Amerika jurnalı olmasına baxmayaraq, bu nəşrin əslində Amerika media ekspertizasında Rusiya tribunası olduğu bildirilir.

Yəni bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə, The National Interest hazırda Rusiya tərəfindən maliyyələşdirilən bir platformadır. Bu baxımdan iki olduqca təəccüblü fakt ortaya çıxır, belə ki, jurnalın icraçı direktoru Dmitri Simes əslən SSRİ-dəndir, sonra ABŞ-a köçüb və ABŞ vətəndaşı olub. Eyni zamanda Dmitri Simes Rusiya televiziyasında tok-şouların daimi iştirakçısıdır. “Müqayisə” məqaləsinin müəllifi “Mixail Rubin” isə Rusiyanın “Valday” ekspert klubunun ekspertlərindən biridir. Bu klub isə bildiyimiz kimi, Rusiya siyasi elitasının platformasıdır.

Burada problem ondan ibarətdir ki, o, Amerika jurnalının rus mənşəli olduğunu və ya ən azı rus-amerikan mənşəli olduğunu çox açıq şəkildə göstərir. Maraqlıdır ki, bu, Rusiyanın Türkiyə-Azərbaycana açıq-aşkar ehtiyac duyduğu kontekstdə baş verir.

Diqqət çəkən məqamlardan biri də odur ki, Əliyevlə Səddam Hüseyn arasında müqayisə materialının dərc olunması təxminən Minsk Qrupunun üç həmsədrinin aprelin 13-də Azərbaycan prezidentini münaqişənin həllinə mane olmamağa çağırdıqları qərəzli bəyanatla üst-üstə düşür.

Həmin qərəzli bəyanatdan sonra Amerika-Rusiya nəşrinin belə qərəzli yazı ilə çıxışını birmənalı olaraq, İlham Əliyevə bir növ rus-amerikan təzyiqi kimi dəyərləndirmək olar.

Siyasi yazar Ülkər Fərmanqızı/Voicepress.az/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir