Reuters: İran barıt çəlləyinin üstündə oturub

“Reuters” xəbər ajansı yazıb ki, İran rəsmiləri Rusiyanın Ukraynaya hərbi tacavüzündən sonra neftin qiymətinin bahalaşmasına arxalanaraq, Vyana müzakirələrinin nəticə əldə etməsinə tələsmir. Onlar güman edirlər ki, neftin qiymətinin bahalaşması İrana yeni nəfəs almaq imkanı yaradıb.

Adının açıqlanmasını istəməyən İranın yüksək vəzifəliəli rəsmilərindən biri “Reuters”ə açıqlamasında deyib ki, İranın atom proqramı uğurla irəliləyir və zaman İranın xeyrinə işləyir. O, habelə qeyd edib ki, Vyana danışıqlarının uğursuz olması dünyanın sonu demək deyil.

“Reuters” habelə qeyd edir ki, hazırda İran hakimiyyəti olduqca güzəştli şərtlərlə gündəlik 1,5 milyon barel neft ixrac edir və bu ölkənin əsas neft satdığı ölkə Çindir. Hazırda dünya bazarında brend markalı neftin qiymətinin 139 dollar olmasına baxmayaraq, İran rejimi builki dövlət büdcəsində neftin qiymətini 70 dollar müəyyən edib.

"Reuters" xəbər ajansı yazıb ki, İran rəsmiləri Rusiyanın Ukraynaya hərbi tacavüzündən sonra neftin qiymətinin bahalaşmasına arxalanaraq, Vyana müzakirələrinin nəticə əldə etməsinə tələsmir. Onlar güman edirlər ki, neftin qiymətinin bahalaşması İrana yeni nəfəs almaq imkanı yaradıb. - msg 1181644289 6921

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir