Qərbi Azərbaycan əyalətinin Elektrik Paylayıcı Şirkətinin ibaşçısı Əkbər Həsənbəglunun təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Onun korrupsiya ittihamı ilə tutulduğu deyilir.
Həbsdən dərhal sonra həmin vəzifəyə Nicatullah Əlinejadın təyin edildiyi və öncəki başçı barəsində cinayət işinin açıldığı bildirilir.
Qeyd edək ki, Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.
İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.
Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.
Bir yanıt yazın