Güneyli fəal Tehranda həbs olunub

İranın təhlükəsizlik məmurları mayın 1-də azərbaycanlı mədəni fəal Yaşar Təbrizini saxlayaraq naməlum yerə aparıblar.

Bu barədə Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyası məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları günorta saat 3 radələrində Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb.

Ona məxsus şəxsi əşyalar, o cümlədən telefon və bilgisayar müsadirə edilib.

Yaşar Təbrizi fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Tehranın cənubunda yerləşən Rebat Kərim təcridxanasına aparılıb.

Son həbsdən sonra Yaşar Təbrizinin dəqiq taleyi, harada saxlanıldığı və nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətləriinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

İranın təhlükəsizlik məmurları mayın 1-də azərbaycanlı mədəni fəal Yaşar Təbrizini saxlayaraq naməlum yerə aparıblar. - neyli f al ehranda h bs olunub 0 1651464310

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir