ATƏT Ukraynadakı monitorinq missiyasını bağlayır

ATƏT Ukraynadakı monitorinq missiyasını bağlayır

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və təşkilatın baş katibi Helqa Mariya Şmid Ukraynadakı Xüsusi Monitorinq Missiyasının bağlanacağını açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, birgə bəyanatda bu istiqamətdə təcili addımlar atılacağı əksini tapıb. Bu qərar ATƏT-in Daimi Şurasının 31 mart 2022-ci ildə missiyanın mandatının uzadılması ilə bağlı iclasında konsensus əldə edilmədikdən sonra verilib. Qeyd edilib ki, missiya yerlərdə obyektiv məlumatların verilməsində, atəşkəsin əldə edilməsində və münaqişənin mülki əhaliyə təsirinin azaldılmasında mühüm rol oynayıb. Missiyanın mandatının yenilənməsinə nail olmaq üçün ATƏT-in iştirakçı dövlətləri arasında siyasi dialoq vasitəsilə bütün mümkün variantlar araşdırılsa da, Rusiyanın mövqeyi nəticəsində konsensus əldə edilə bilməyib və missiyanın bağlanmasından başqa yol qalmayıb.

Bildirilib ki, ATƏT missiyanın bağlanması üçün operativ, inzibati və maliyyə addımlarını atacaq, Ukrayna üzrə missiya üzvlərinin təhlükəsizliyi prioritet təşkil edəcəkdir. Eyni zamanda ATƏT-in Ukraynada gələcək rolunun alternativlərini müəyyənləşdirmək üçün iştirakçı dövlətlərlə qarşılıqlı əlaqə davam edəcək.

AZERTAC / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

ATƏT Ukraynadakı monitorinq missiyasını bağlayır - ukrayna kiev

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir