Qərbi Azərbaycanda su çatışmazlığı əhalinin məcburi köçünə səbəb olub

Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mötəmediyan Urmunun inzibati ərazi bölgüsünə daxil olan Ənzəl mahalının Göyərçin qala kəndində əhali ilə görüş keçirib

Görüşdə su qıtlığı çəkən kəndlilər problemi valinin diqqətinə çatdırıblar.

Yerli əhali mahalın bir çox knd və qəsəbələrində su çatışmazlığından gileylənib, bu səbəbdən bölgədən ölkənin başqa yerlərinə köçün çoxaldığını deyiblər.

Kəndlilərin çoxsaylı etiraz və narazılıqlarına cavab olaraq vali problemin ciddi olduğunu etiraf edib və məsələnin həlli ilə bağlı əlaqədar qurumlara məlumat verəcəyi barədə vədləri təkrarlayıb.

Qeyd edək ki, bundan bir neçə gün öncə Ənzəlin ən böyük və tarixi kəndi olan Quluncuda da su çatışmazlığı səbəbindən yerli əhalinin məcburi köç etdiyi barədə məlumatlar yayılıb.

Sünni məzhəbli türklərdən ibarət və bölgədə xüsusi önəmə sahib Quluncuda içməli su çatışmazlığı illərdir ki kəndlilərin əsas problemlərindən biri imi həll olunmamış qalır.

Kəndin yaxınlığında, qum təpəsin ətəyində mövcud olan iki kəhriz əhalinin əsas içməli su qaynağı olmasına baxmayaraq, kəndlilər su ehtiyaclarını təmin etmək üçün orada saatlarla növbədə dayanmalı olurlar.

Quluncu kəndinin əhalisi bütün bu baş verənlərin bilərəkdən edildiyini və hansısa güclərin onların kəndi tərk etmələri üçün çalışdıqlarını deyirlər.

Qeyd edək ki, Quluncu kəndi xüsusilə 1918-19-cu illərdə cilovlar və kürdlərin türkərə qarşı hücumlarını qarşısını almaq üçün Osmanlı ordusunun qərargahı olub.

Bununla yanaşı kənd Hacı Qılıncxan, Məhəmmədəli Bozqurd (Qazi Bozqurd) və Dədə Katib kimi tanınmış şəxsiyyətlərin yurdu olub.

Hazırda Quluncu kəndi Qərbi Azərbaycan əyalətində milli oyanış və fəaliyyətlərin əsas mərkəzlərindən biri kimi tanındığı üçün daima təhlükəsizlik idarəsinin nəzarəti, fəalları isə təzyiqlər altında olub.

Görüşdə su qıtlığı çəkən kəndlilər problemi valinin diqqətinə çatdırıblar. - rbi z rbaycanda su at mazl halinin m cburi m hacir tin s b b

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir