Təbrizin ən yaşlı futbol klubunun ofisi möhürləndi

Təbrizin “Maşinsazi” futbol klubu dağılmaq üzrədir. “Fars” xəbər agentliyi “Maşinsazi”nin ofisinin möhürləndiyini bildirib.

Agentlik bunun xüsusi şikayətçinin iddiası əsasında prokurorluq məmurları tərəfindən həyata keçirildiyini bildirib.

Klubun hüquqi müşaviri Məhəmmədhəsən Xətibi mediaya verdiyi açıqlamada klubun ofisinin bağlandığını təsdiq edib. O, komandanın fəaliyyətinin mümkün olacağını istisna etməyib.

Lakin yerli sosial media istifadəçiləri və klub tərəfdarları ofisin möhürlənməsinin “Maşinsazi”nin fəaliyyətinin dayandırılması üçün edildiyini yazıblar.

Klubun baş məşqçisi Əli İbrahimiyan isə klubun fəaliyyət göstərib-göstərməyəcəyi barədə suala açıq cavab verməkdən çəkinib.

“Ümid edirəm ki, əlaqədar məsullar Azərbaycanın ən qədim və köklü idman klubunun ağır durumdan çıxmasına dəstək verəcək və onun dağılmasına imkan verməyəcəklər”-deyə, baş məşqçi bildirib.

Martın əvvəlində klubda çıxış edən idmançılar aylardır heç bir əmək haqqı almadıqlarını bildiribmiş, klub rəhbərliyinə xəbərdarlıq etmişdilər.

“Maşinsazi” klubu bir neçə ildir ki, maliyyə problemləri səbəbindən acınacaqlı duruma düşüb və son bir neçə ildə fəaliyyəti dayandırılıb.

Yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət naziri və Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmin iştirakı ilə keçirilən toplantıda “Maşinsazi” və “Traxtur” klublarının İran Milli Mis Şirkətinin malikiyyətinə verilməsi barədə saziş imzalanıb.

Azərbaycan klublarının maliyyə problemlərinin həll ediləcəyinə söz verilməsinə baxmayaraq, bu günə kimi bu yerinə yetirilməyib və bir sıra fars millət vəkilləri “İran Milli Mis Şirkəti”nin  Azərbaycan klublarına büdcə ayırmasına imkan verməyəcəklərini bildiriblər.

Agentlik bunun xüsusi şikayətçinin iddiası əsasında prokurorluq məmurları tərəfindən həyata keçirildiyini bildirib. - brizin n q dim futbol klubunun ofisinin qap s m h rl ndi 0 1651131557

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir