Güney azərbaycanlı müəllim həbs olunub

Zəngan əyalətinin Əbhər şəhərindən olan müəllim və ictimai fəal Əhməd Təqəvi həbs olunub.

Bu barədə insan haqları təşkilatları və sosial media fəalları məlumat yayıb.

Məlumata görə,  aprelin 25-də İran hökumətinin təhlükəsizlik məmurlarının müəllimin evinə qanunsuz basqın edib və onu qandallayaraq naməlum istiqamətə aparıb.
Güneyli müəllimin mayın 1-də təyin olunmuş ümumölkə mitinqi ilə əlaqədar saxlanldığını bildirib.

O, bütün müəllimləri İran Müəllimlər Birliyinin etiraz aksiyalarına qoşulmağa çağırıb.

Qeyd edək ki, İran Müəllimlər Birliyi aprelin 24-də bəyanat yayaraq mayın 1-də yerli vaxtla saat 10:00-da bütün şəhərlərdə yerli Təhsil İdarələrinin qarşısında, Tehranda isə parlament binasının qarşısında mitinq keçirəcəklərini bildiriblər.

Bu barədə insan haqları təşkilatları və sosial media fəalları məlumat yayıb. - Guney azərbaycanli muəllim həbs olunub

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir