Uşaq hüquqları fəalı Əfsanə Əzimzadə və fotoqraf, kinorejissor Nigar Məsudi həbs cəzalarını çəkmək üçün Evin məhkəməsinə çağırılıblar.
“HRANA” ajansının məlumatına görə, Nigar Məsudi “milli əmniyətə qarşı fəaliyyət” və “hökumət əleyhinə fəaliyyət” ittihamları ilə 4 il 8 ay həbs, habelə “pozğunluğa və əxlaqsızlığa təşviq etmə” ittihamı ilə 80 milyon tümən nağd pul cəzasına məhkum edilib. Əfsanə Əzimzadə isə “milli əmniyətə qarşı fəaliyyət” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.