Millət vəkili problemlərin həllinin daxili və xarici qüvvələrlə qarşılıqlı anlaşmada olmadan mümkün olmadığını deyib.
Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan İranın bölgə və beynəlxalq səviyyədə problemlərinə toxunaraq onların həllinin daxili və xarici qüvvələrlə qarşılıqlı anlaşmada olmadan mümkün olmadığını deyib.
“Bundan öncəki hökumət dövründə Radio və Televizya Şirkəti danışıqlarla bağlı davamlı məlumatlar verir, məsələnin təhlil və müzakirəsinə həsr olunan verilişlər yayınlanırdı. İndi danışıqlarla bağlı doğru xəbər verilmir”-deyə, pezeşkiyan nüvə danışıqları ilə bağlı senzura tətbiq edildiyini bildirib.
Tezliklə dünya ölkələri ilə İranın problemlərinin həlli üçün əməli addımlar atılmasının vacibliyini söyləyib və bunsuz mövcud çətinliklərdən çıxmağın mümkün olmayacağını qeyd edib.
Millət vəkili bununla yanaşı hökumətin iqtisadi siyasətini tənqid edib və bildirib ki, yalnız şüar verməklə əhalinin məişət problemlərini həll etmək, onların süfrəsini zənginləşdirmək mümkün olmayacaq.
“Ən yaxşı komanda hakimiyyətə gəlsə belə, xalqın, bütün təbəqələrin, qrupların iştirakı olmadan heç bir problem həll olunmayacaq”-deyə, Məsud Pezeşkiyan hakimiyyəti inhisarçılıqda günahlandırıb.
O, əsas məsələlərdən birinin qonşu və dünya ölkələri ilə İranın münasibətlərinin normal olmamasını hesab edərək deyib ki, qonşu ölkələrə düşmən gözü ilə baxılmamalı, onlarla danışıq aparılmalı və dövlətin qonşulara qarşı yanaşma tərzi dəyişməlidir.
Təbrizli millət İranın əksinə olaraq Türkiyənin neft və qaz ehtiyatlarına malik olmamasına baxmayaraq inkişafını alqışlayıb və bunu İran hökumətinə nümunə göstərib.
Bir yanıt yazın