İsrailin dövlət rəsmilərindən biri Bayden hökumətinin daha öncə avropalı müttəfiqlərinə göndərdiyi məktubda Sepah-ın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı məqsədinin olmadığını bildirsə də, hələ də Sepah-ın bir hissəsinin sözügedən siyahıdan çıxarılmasını istədiyini deyib.
İsrail rəsmisi mətbuata açıqlamasında habelə bildirib ki, Bayden hökumətinin rəsmiləri avropalı həmkarlarına məlumat veriblər ki, Amerika nüvə müzakirələrinin bir hissəsi olaraq Sepah-ın adını terror təşkilatları siyahısından çıxarmaq fikrində deyil. O, sonda qeyd edib ki, İsrail məsələ ilə bağlı danışıqlar prosesinin bir hissəsidir, lakin indiyə qədər yekun nəticə əldə edə bilməyib.
Qeyd edək ki, sosial mediada yayılan bəzi xəbərlərə görə, Bayden hökuməti Sepah-ın təkcə Qüds qanadını terror təşkilatları siyahısında saxlayaraq digər hissəsini həmin siyahıdan çıxarmağı düşünür.
Bir yanıt yazın